Onlayn ictimai-siyasi qəzet
Bu gün o məşum günə - oktyabrın 7-nə 7 gün qalır.
Bu, təkcə İsrail tarixinin qara günü deyil, eləcə də İranın, Livanın, Fələstinin, Qəzza sektorunun qara günüdür.
Son 1 ildə Yaxın Şərqin, dünyanın gündəmini zəbt edən faciələr silsiləsinin ilk həlqəsi məhz həmn gün qaynaqlandı. Ondan sonra faciələr zəncirinin ardı gəldi və davam edir.
Bu gün çoxları düşünür, 2023-cü ilin 7 oktyabrında HƏMAS Qəzza sektorundan İsrailə hücum etməsə, nə olardı.
Öncə İsraildə musiqi festivalına toplaşan 1200 günahsız insan öldürülməzdi, 242 israilli və əcnəbi girov götürülməzdi, Reim kibutsasısının, Sderot şəhərinin çox sayda qız, qadın, kişi sakinləri zorlanmazdı. (Bu, sonuncu bütün qırmızı xətlərin keçilməsiydi, "HƏMAS"-çılar bunu hansı ağılla ediblər?).
Sonra İsrail hiddətli və şiddətli şəkildə hərbi əməliyyata başlamaz, qırx qat artıq qisas almaz, 40 mindən artıq insanı (çoxu günahsız) qırıb-çatmaz, Qəzza sektorunun, sözün hər iki mənasında, altını üstünə çevirməzdi.
Daha sonra HƏMAS lideri İsmayıl Haniyə, ailə üzvləri və təşkilatın digər rəhbərləri öldürülməzdi.
Nəhayət, bu günlərdə “Hizbullah” lideri Həsən Nəsrullahın özü, ailə üzvləri və tərəfdarları yerin dibində tapılıb vurulmazdı.
Böyük ehtimalla bunlar olmazdı. Çünki aradakı qatı düşmənçiliyə baxmayaraq, İsrail uzun illər idi İsmayıl Haniyənin də, Həsən Nəsrullahın da varlığına, İsrail düşmənçiliyinə dözürdü,.
7 oktyabr hücumu isə bəndi daşırdan, dağıdan son damla oldu. İndi o bəndin seli bütün Yaxın Şərqi başına götürüb, həm də bu, su daşqını deyil, qan selidir.
Oktyabrın 7-də səhər tezdən Qəzza zolağından İsrailə hücum edən 2500-dən çox yaraqlı bir-iki gündən sonra İsrailin ərazzisindən çıxarılsa da, budur, bir ildir dünya birliyi İsraili Qəzzadan çıxara, heç olmasa, bölgədə atəşkəsə nail ola bilmir.
7 oktyabrdan keçən hər gün təsdiqlədi ki, bu dəfə İsrailin səbr kasası dolub və o yeni hərbi kampaniyaya ölüm-dirim savaşı kimi baxır.
Sonrakı aylar göstərdi ki, Təl-Əviv sona qədər gedəcək, hədəflərinə nail olmayınca sakitləşməyəcək.
Faciənin ildönümünün yaxınlaşdığı həftələrdə baş verənlər isə İsrailin öz əsas düşmənlərini sonuncu nəfərinə kimi məhv etmək planının mövcudluğunu göstərir.
Bu, o anlama gəlir ki, 7 oktyabr hücumu olduqca səhv hərəkət olub. Fələstinlilər siyasi mübarizə ilə daha çox hüquq və azadlıqlar əldə edə, tam müstəqilliyə nail ola bilərdilər. Üstəlik, bu planı tərtib və icra edənlərin bir xeylisi artıq həyatda yoxdur. İsrailə vurulan zərbənin yüz qatı Fələstinə vurulub.
Ötən il HƏMAS-ın İsrailə hücumunu alqışlayan bəzi dövlətlər və təşkilatlar artıq matı-qutu qurumuş haldadırlar, İsraillə savaşa girməkdən çəkinir, onun qabağından qaçırlar. Birinci cümlədə işlətdiyimiz “İranın qara günü” ifadəsinin mənası budur. O boyda dövlət İsraillə birbaşa savaşa girməkdən yayınır, öz reputasiyasına zərbə vurur.
20-yə yaxın ərəb ölkəsi də fələstinli soydaşlarını taleyini ümidinə buraxıb, onları müdafiə etmir. Fələstinin əsas dəstəkçisi qismində meydanda Türkiyə qalıb, amma o da İsraillə müharibəyə başlamaq fikrində deyil. ABŞ “bizə son anda xəbər verildi, hiddətliyik” kimi açıqlamalar verərkən səmimiyyətdən uzaqdır.
İsrail isə öz qısa tarixində heç vaxt olmadığı qədər qətiyyətlə özünə qarşı yönəlmiş təhdidləri yox etmək, düşmən təşkilatların liderlərini və əsas funksionerlərini zərərsizləşdirmək yolu tutub.
Haniyə və Nəsrullahın qətlə yetirilmələri göstərir ki, bu iş davamlı olacaq.
Bu şəxslər “İsrail dövlət olaraq regionda yox olmayınca mübarizəmiz davam edəcək” deyirdilər və İsrailə qarşı olduqca barışmaz ovqatdaydılar. İndi onlar özləri yoxdurlar, amma müharibə və mübarizə davam edir.
Bu regionda tarixi bir neçə min ildən qaynaq götürən düşmənçilik və qarşılıqlı nifrət hissi o qədər güclüdür ki, tərəflər dinc, yanaşı yaşamaq imkanını ağıllarının ucundan belə keçirmirlər.
Bir il əvvələ qədər yəhudi dövlətini idarə edənlər barışıqdan, iç-içə yaşamaqdan yanaydılarsa, bu gün onlar da artıq Fələsrin müqavimətini sonuncu barrikadasına qədər qırmaq niyyətindədirlər.
Bu münaqişədə arbitr olmaq çox çətindir. Tərəf tutmaq da mümkün deyil. Kimin haqlı, kimin haqsız olmasını birmənalı müəyyənləşdirmək çox müşküldür. Ən doğru təsbit budur ki, tərəflərin ikisinin də haqlı məqamları var, eyni zamanda heç biri bütövlükdə haqlı deyil.
Ona görə də bu münaqişə təkcə Yaxın Şərqin yox, bütövlükdə dünyanın qanayan yarasıdır, hətta qara yarasıdır. Bu regiondan uzaq olanlar şanslıdır.
23 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
11 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
01 Noyabr 2024
30 Oktyabr 2024
28 Oktyabr 2024
26 Oktyabr 2024
24 Oktyabr 2024
22 Oktyabr 2024
21 Oktyabr 2024
19 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
13 Oktyabr 2024
11 Oktyabr 2024
10 Oktyabr 2024
08 Oktyabr 2024
06 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ