İnsanlara hürriyət, millətlərə istiqlal!

Qiyamət vəd edən qisas – erməni revanşistlər anlamırlar ki, keçən dəfə yaxşı qurtarıblar

Elə bir gün olmaz ki, əməkdaşlarımız Ermənistanda baş nazir Nikol Paşinyanın qatı əleyhdarları olan tanınmış ictimai-siyasi fəalların açıqlamalarından xəbər hazırlamasınlar.

Bizdə onların bir ümumi adı var: revanşistlər. Elə özlərində də onları belə adlandırırlar. Bu şəxslər açıqlamalarında səsləndirdikləri fikirlərdə qisas çağırışları edir, ətrafa nifrət püskürürlər.

Onların revanşizminin iki hədəfi var: Nikol Paşinyan və onun komandası, bir də Aərbaycan dövləti.

Erməni revanşistlərin birinci hədəfi Paşinyandır. Onlar öz qarşılarına ilk növbədə onu devirməyi məqsəd qoyublar.

Real hakimiyyət əldə edəndən sonra onlar revanşlarının ikinci mərhələsinə adlamağı düşünürlər. Bu isə Azərbaycanla müharibə deməkdir.

Bu şəxslərdən biri də Ermənistan parlamentinin deputatı, “Daşnaksütyun” partiyasının üzvü İşxan Saqatelyandır. Son açıqlamasında o, Paşinyanın rəhbərlik etdiyi iqtidar komandasını “gənc türklər hökuməti” adlandırıb.

Tarixdən bildiyimiz kimi, “gənc türklər” 20-ci əsrin əvvəllərində Osmanlıda inqilabi hərəkata başlayıb, imperiyanın idarə edilməsində rol oynayıblar. Azərbaycanın xilaskarı Ənvər paşa (Nuru paşanın böyük qardaşı) bu hərəkatın liderlərindən biri olub.

Saqatelyan və başqaları Paşinyanın komandasına “gənc türklər” deyərkən heç də onun inqilabçılığını nəzərdə tutmurlar, adamı “türk olmaqda”, guya türklərə rəğbət bəsləməkdə və onlara işləməkdə şərləyirlər.

Əlbəttə, Ermənistanın daxilindəki siyasi qüvvələr bir-birini istədikləri kimi ittiham edə, suçlaya, “xalqa xəyanət”də günahlandıra bilərlər, bunun bizə o qədər isti-soyuğu yoxdur. Ancaq ermənilərin bu kimi ittihamlarının bir başı mütləq Türkiyəyə və bizə toxunur.

Çünki onlar regiondakı status-kvonu bu şəkildə qoymayacaqlarından danışırlar.

Mövcud status-kvo isə ondan ibarətdir ki, Ermənistan vaxtilə Azərbaycandan qopardığı torpaqların 99 faizini itirib, Qarabağdakı dayaq nöqtəsindən – kompakt yaşayan erməni əhalisinin iştirakı ilə başlanmış separatizm ocağından məhrum olub.

Əslində onların bu cür revanşist açıqlamaları ermənilərin yenidən Qarabağa qayıtmasının başlıca maneəsidir. Bir var, qüdrətli dövlətlər, beynəlxalq təşkilatlar Azərbaycan dövlətini ermənilərin Qarabağa dönməsini təmin etməsi üçün dilə tutalar, bir də var, ermənilər özləri Qarabağa dava-dava ilə, “qisas alacağıq” şüarı ilə dönmək istəyələr.

Davaya, qisas almağa gələn erməniləri qəbul etməmək Azərbaycanın təbii hüququdur. Bir halda ki, onlar təzədən ortalığı qarışdırmağa gəlir, özləri ilə qan-qada gətirirlər, o zaman nədən onları Laçın keçidindən üzü bəri buraxaq ki?

Beləcə, revanşistlər əslində böyük dövlətlərin, nüfuzlu beynəlxalq təşkilatların qarşısında özlərini pis vəziyyətdə qoyur, Azərbaycanın arqumentlərini gücləndirirlər.

Böyük ehtimalla erməni xalqının müharibə məğlubiyyətinin acılarına baxmayaraq, Paşinyanı müdafiə etməsinin, ən azı ona qarşı həlledici üsyana qalxmamasının əsas səbəbi də budur – yeni müharibədən qaçmağa çalışması. O, bunu sülhpərvərliyinə görə etmir, 44 günlük müharibədə ölkəsinin real gücünün nədən ibarət olduğunu anlayıb, Ermənistanın verdiyi itkilərin gerçək miqyasını bilir, ona görə də daha hərbi avantüraya getmək istəmir.

Daşnaklar, eləcə də Koçaryan-Sarkisyan hakimiyyətinin vəzifəsiz qalmış kadrları üçün isə əsas məqsəd hakimiyyət əldə etməkdir. Onlar üçün bu yolda sadə ermənilərin yeni yetişmiş 18-20 yaşlı gənclərini müharibəyə basıb qırdırmaq heç nədir.

Erməni xalqı nə qədər xroniki şovinizm tutmaları ilə yaşasa da, heç kəs cavan balasının yeni müharibədə ölməsini istəmir.

Revanşistlər ona da əmindirlər ki, Paşinyanı devirə bilsələr, yenidən Rusiyayönümlü siyasət yeridərək, başqa sözlə, özlərini Rusiyanın cənub əyalətinə çevirərək, ölkəni dirçəldə, hətta hərbi dəstək ala və Azərbaycanla yenidən cəngə girə bilərlər.

Amma bu dəfə elə bir şey olsa, bunun adı “xalqın öz müqəddəratını təyin etmək uğrunda apardığı mübarizə” olmayacaq, Ermənistanın Azərbaycan torpaqlarını qəsb etməsi üçün başlatdığı müharibə olacaq, onda da gərək dünya birliyi aqressor tərəfi tülkülük etmədən, barmaq tuşlayaraq göstərsin. Düşmənə nəsə tuşlamaq isə artıq bizim işimizdir – birbaşa və effektiv şəkildə.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

23 Noyabr 2024

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

11 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

01 Noyabr 2024

30 Oktyabr 2024

28 Oktyabr 2024

26 Oktyabr 2024

24 Oktyabr 2024

22 Oktyabr 2024

21 Oktyabr 2024

19 Oktyabr 2024

17 Oktyabr 2024

16 Oktyabr 2024

15 Oktyabr 2024

13 Oktyabr 2024

11 Oktyabr 2024

10 Oktyabr 2024

08 Oktyabr 2024

06 Oktyabr 2024