İnsanlara hürriyət, millətlərə istiqlal!

Papa I Makronun "Xaçlı yürüşü", Zəfərin bədəli və MTN-də görüşdüyüm iki səfir mənə nə demişdi...

İlk yayınlanma vaxtı: 11:05

Avropa Şurasının Azərbaycana dair ilk iclaslarında, eləcə də Azərbaycanın bu quruma üzv olduğu 2001-ci ilin yanvar sessiyasında iştirak etmişəm. Strasburq səfərlərinin maraqlı təəssüratları və fotoları arxivimin bəzəyidir...

dbb951a6-7ca2-4675-9c6a-8c0da6a80a16.jpg (159 KB)

AŞPA iclasları arasındakı fasilələrdə ətrafı gəzirdik. Mehman Əliyev (Turan), Rəşad Məcid (525-ci qəzet) və Rauf Arifoğlu

AŞPA Nazirlər Kabinetinin 2000-ci ilin avqustunda mənimlə bağlı xüsusi qərarı olub və bu qərar əsasında iki səfir (Fransanın və İtaliyanın səfirləri) həbsdə olduğum zaman (22 avqust - 5 oktyabr 2000) MTN -də saxlandığım kameraya gəlib, vəziyyətimi yoxlayıb, mənim rəyimi alaraq NK -ya rəsmi rapor hazırlayıblar. Mənim "təyyarə işi" üzrə istintaqımın düzgün aparılmasının və 45 gün sonra (səfirlərin ziyarətindən sonra) azadlığa çıxmamın əsas səbəbi AŞPA Nazirlər Kabinetinin o qərarı və israrıdır... O zaman səfirlər məndən rəsmi rəy aldılar: Azərbaycanın AŞPA-ya üzvlüyünə münasibətim necədir? Dedim, ömürlük burada qalsam da, Azərbaycanın AŞPA üzvlüyünə qəti tərəfdaram. (Bu barədə xüsusi məqalə də yazdım, dərc etdirdim, bütün bu fraqmentlər həbsxanada yazdığım kitabımda da var).

b27b537f-82a7-4cd9-8969-f0dbb31e75bb.jpg (27 KB)

Parlamentin sədri Murtuz Ələsgərov, sədrin müavini Zakir Zeynalov və "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Həsənoğlu ilə Strasburqda. Yanvar 2001.

...Bir neçə ay sonra mən artıq Strasburqda, AŞPA-nın binasında Azərbaycanın bu quruma üzvlüyünü mərhum spiker Murtuz Ələsgərovla, onun müavini əziz eloğlum Zakir Zeynalovla birlikdə qeyd edirdim. Bu fraqmentə dair hətta tarixi fotolar da var...

Yəni... mən canlı şahidəm - o zamanlar da Azərbaycana münasibət yad idi, yabançı idi, çəkingəndi.



Bizlər - müxalif yazarlar və siyasilər onların əlində rəsmi Bakıya təzyiq vasitəsi idik; zamanın axması ilə adlar, simalar, təşkilatlar dəyişdi, lakin taktika və Azərbaycana münasibət dəyişmədi.

Hər bəhanə ilə ölkəmizi müdafiəyə vadar qoydular, biz o platformadan istədiyimizi tam ala bilmədik; hər bəhanə ilə Azərbaycanın "ikinci sort" üzv olduğunu vurğuladılar, göstərdilər...

8c2a0f8b-f3ed-4f4c-9b24-466376fbcac1.jpg (22 KB)

Azərbaycanın KİV rəhbərləri AŞPA iclasında. 2000-ci il.

Sonrakı illərdə də belə oldu - AŞPA üzvü olan işğalçı Ermənistan bunlara doğma, biz yad qaldıq.

İndi bizi ittiham edirlər ki, Ermənistan torpaqlarını işğal etməyə hazırlaşırsız, "...Prezident Əliyev çıxışında buna işarələr vurdu..."

Xəyali, əsassız ittihamlar, yəni... Hansı ki, bu quruma üzv olduğumuz 2001-ci ildən 2020-ci ilə qədər Azərbaycan torpaqları faktiki olaraq işğalda idi, 800 minin üzərində vətəndaşımız zorla yurd-yuvalarından qovulmuş, 30 min azərbaycanlı öldürülmüşdü... Bunları edənsə AŞPA-nın üzvü Ermənistan idi və bütün bunlar BMT qətnamələri ilə təsbit olunmuşdu.

Lakin AŞPA-nın gözü bizə kor idi, bunları görmürdü...

Avropadakı "Xristian klubu"nun bütün platformalarının gözləri 2020-ci ildən "açıldı". Azərbaycan öz torpaqlarını azad etdi, daha sonra -2023-cü ildə separatçılardan da təmizlədi və "erməni revanşı" başladı.

İrəvanda deyil, Fransada - Paris və Strasburqda! (Bu iki şəhər hazırda Klermonu əvəz edir) Sanki 1096-cı ildi, "xaçlı yürüşü" başlayır, Papa II Urbanı da Papa I Makron əvəz edir.

aab0c2c6-29b3-4340-903c-75735a180d17.jpg (90 KB)

AŞPA prezidenti (1999-2002) Lord Russel Conston bizi - Azərbaycandan olan KİV rəhbərlərini qəbul edir. 2000-ci ilin iyunu

..."İsanın qəbri" Qarabağda imiş, Azərbaycan oranı "işğal" edib, buna görə də ...

Papa Makron xaçdaşı kansler Şoltsla birləşərək, "xaçlı yürüş"ə start verir...

Ya da ...min illik davalarını davam etdirir...

Bütün bunların tək səbəbi var: "Xaçlı klub"un ərazimizdə qurmaq istədiyi ikinci erməni dövləti layihəsini darmadağın etmişik, "artsax" adlı separatçı qurumu yer üzündən silmişik, onun cinayətkar rəhbərlərini dana boyunduruğunda Bakıya gətirmişik...

Avropa, "Xristian klubu" buna görə əlimizdən zəncir çeynəyir. Məhz buna görə bu dəfə daha qəti və daha radikal addımlar atırlar. Hələ Ukrayna və Qəzza müharibələri olmasa idi, daha artıq təpkilərin şahidi olardıq...

Artıq Azərbaycan müdafiədə deyil; dövlətimiz və xalqımız haqqı olan Zəfəri yaşayır. Erməninin dostları isə bunu həzm edə bilmirlər.

Ermənistan, hətta Qarabağdan könüllü çıxan minlərlə erməni öz taleləri ilə barışıblar; lakin Makronun başını çəkdiyi "xaçlılar" bu reallıqla barışmaq istəmirlər...

Bu və digər məsələlər barədə TV Musavat-a geniş danışmışam. Həmin verilişdən bu yazıya uyğun parçanı təqdim edirəm.



( Verilişin tamamı da ikinci link olaraq əlavə edilir )

Rauf Arifoğlu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

10 Noyabr 2024

27 Iyul 2024

22 Iyul 2024

31 May 2024

03 Mart 2024

26 Fevral 2024

25 Fevral 2024

21 Fevral 2024

09 Fevral 2024

27 Yanvar 2024

14 Yanvar 2024

10 Yanvar 2024

24 Dekabr 2023

27 Oktyabr 2023

23 Oktyabr 2023

17 Oktyabr 2023

28 Sentyabr 2023

13 Sentyabr 2023

05 Sentyabr 2023

30 Avqust 2023

22 Iyul 2023

18 Iyun 2023