İnsanlara hürriyət, millətlərə istiqlal!

Nensi nənənin İrəvan səfəri: Ermənistan "meyvə"sini dərəcək...  

Nensi Pelosinin İrəvana səfərini kiçiltmək lazım olmadığı kimi, böyütmək də lazım deyil. Ağbirçək Pelosi Paşinyan hakimiyyətinə dəstək verə, müxaliflərə qarşı gücləndirə bilər, ancaq Ermənistanı gücləndirə bilməyəcək.

Ərazisində ABŞ-ın, yaxın müttəfiqlərinin faktiki düşmən bildiyi Rusiyanın hərbi bazası varkən, Ermənistan "Rus NATO"su KTMT-nin üzvüykən, ABŞ Ermənistanı bağrına basa biləcəkmi?..
Yaxud Nensi nənə seçimi öncəsi xal qazanmış ola bilər, ancaq bunların heç biri bizimçün fövqəladə hadisə olmayacaq. Daha zor günlər görmüş, bəlli Azadlığı Müdafiə Aktına bədnam 907-ci düzəlişlə üzləşmiş, işğala məruz qala-qala işğalçı ilə bərabər tutulmuş bizlər ABŞ-ın hər üzünə (üzsüzlüyünə) bələdik. Biz ABŞ-ı da, onun bekara "Minsk Qrupu"ndakı həmsədr "həmkar"larını da bilirik, tanıyırıq. Və bütün mürəkkəbliklərə baxmayaraq, mümkünsüz kimi görünəni mümkün etməyi - 44 gün içində arxalı köpəyi sıradan çıxarmağı bacarmışıq.

Beləliklə, çox keçməz, erməni cəmiyyəti uzaqlardan mədəd ummağın aqibətini görər. Erməni hərbi-siyasi rəhbərliyi iki stulda eyni vaxtda oturmağa yox, birüzlü (etibarlı) siyasət yürüdərək Azərbaycanla, Türkiyə ilə (adam balası kimi) dil tapmağa çalışmalıdır. Azərbaycanın irəli sürdüyü 5 prinsip əsasında, Brussel Sülh Gündəliyinə, 10 noyabr Üçtərəfli Bəyanatına sadiq qalmalıdır. Zəngəzur Dəhlizi açılmalıdır.
Başqa yolu yox artıq!

Dəmir Yumruq Yerindədir! - Bunu bilməmiş deyillər, məncə. Onu da bilməmiş deyillər ki, Ermənistan SSRİ-yə daxil olarkən hansı sərhədlər içində olduğunu biz də bilirik, özü də qəşəng bilirik. SSRİ dağılarkən 29,743 min kv.km olan Ermənistan ərazisi 1918-ci ildən sonra Kremlin ona peşkəş etdiyi daha 20,743 min kv.km
ərazilərin kimdən qoparıldığını heç unutmamalıdır...

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

16 Sentyabr 2024

31 Avqust 2024

26 Avqust 2024

25 Avqust 2024

20 Avqust 2024

16 Avqust 2024

08 Avqust 2024

02 Avqust 2024

30 Iyul 2024

28 Iyul 2024

21 Iyul 2024

18 Iyul 2024

13 Iyul 2024

12 Iyul 2024

08 Iyul 2024

05 Iyul 2024

26 Iyun 2024

21 Iyun 2024

15 Iyun 2024

11 Iyun 2024

10 Iyun 2024

05 Iyun 2024

30 May 2024

22 May 2024

18 May 2024

10 May 2024

08 May 2024

05 May 2024

25 Aprel 2024

23 Aprel 2024