İnsanlara hürriyət, millətlərə istiqlal!

İyrəncliyin pik nöqtəsi – “Eurovision” açıq şəkildə LGBT sammitinə dönüb

“Eurovision-2024” konsertinin final bölümünə sona qədər baxdım. Fərqli bir şey yox idi. Yenə musiqi adına Avropaya təqdim olunan “sonq”lar əksəriyyət etibarilə çığırtı-bağırtıdan ibarət idi. İçlərində yalnız Fransanı təmsil edən musiqiçinin ifasını fərqləndirmək olar – gözəl səslə oxuyurdu.

Yerdə qalanların çoxu işıq effektləri və musiqi alətlərinin polifonik hay-küyü ilə müşayiət olunan, cin dərəsinin ürküdülmüş məxluqlarının bağırtısını andıran şeylər idi. 10-15, 20-30 il öncə “Eurovision”da oxunan gözəl mahnılar ilin hiti olardı. Elə şey yoxdur daha.

Bu il qonşuların bir-birinə səs verməsi halı da çox müşahidə olunmadı. Sanki müxtəlif ölkələrin münsiflərinə tapşırılmışdı ki, bu il İsveçrənin birinci olması məsləhətdir, hamınız ona səs verin. Hamı da sözləşibmiş kimi hərəkət edirdi, ağzını açan “tuvelvi poynt qou tu Svitzerland” deyirdi – bir-iki istisna ilə. İkinci olan Xorvatiyaya bir dənə 12 bal verən olmadı. Halbuki İsveçrənin təmsilçisinin ifası yarışmaya qatılanların ən azı 10-nun performansından güclü deyildi. O, axırıncı yeri tutsa da, kimsə təəssüf və təəccüb etməyəcəkdi.

Bu məsələdə təəssüf doğuran məqam qitə miqyaslı bu musiqi yarışmasının artıq açıq şəkildə cinsi azlıqların toplantı-təqdimat mərasiminə çevrilməsidir. Daha cinsi azlıqlara mənsib olan yarışmaçılar öz geyimləri, makiyajları, davranışları ilə öz cinsi orientasiyalarını, kim olduqlarını gizlətmirlər, hətta bununla qürur duyurlar.

Başqa qitələrdə yaşayan və “Eurovision”a tamaşa edən insanlar ilk baxışdan düşünə bilərlər ki, Avropa başdan-başa sapıqların, pozğunların məkanına çevrilib.

Əslində isə elə deyil. Avropada uşaq bağçalarını, məktəbləri, idman salonlarını azyaşlılarla dolduranlar heç də bu bircinsli əlaqələrə önəm verənlər deyil, normal kişi-qadın cütlükləridir. Fəqət son illərdə qitədə eynicinsi məhrəm münasibətlərə təmayül çox güclənib. Necə deyərlər, cinsi azlıqların çoxluğa çevrilməsi təhlükəsi var.

Bu, təbiətə, yaradılışa zidd aludəçilikdir, insan beyninin, insan ehtirasının və sapıntılarının məhsuludur. Yer üzündə mövcud olan minlərlə canlının heç birində eynicinsli cütləşmə yoxdur. (Bəlkə də var, amma elmə məlum deyil).

Bu aludəçiliyin təbiətə zidd, hətta antibəşəri olmasını çox asanlıqla isbat etmək olur. Bir neçə il öncə tanınmış psixoloqlardan biri belə bir fərziyyə irəli sürüb: “Gəlin 100 heteroseksual və 100 homoseksual cütlük götürək, onları ayrı-ayrılıqda okeanın dərinliyindəki, yaşamaq üçün hər şəraiti (su, qida və s.) olan iki adaya yerləşdirək. 100 ildən sonra gedib baxanda görəcəyik ki, heteroseksual cütlüklərin adasında bir neçə min adam yaşayır – körpələr, uşaqlar, yeniyetmələr, yetkinlər, qocalar. Amma homoseksualların adasında biz yalnız sür-sümük, cəsəd qalıqları görəcəyik”.

Alimin dediyi budur ki, bəşəriyyətin gələcəyi homoseksuallarla bağlı deyil. Onlar öz-özlərinə arta bilməzlər, yalnız heteresesksuallardan bəslənəcəklər.

Belə meyllər keçmişlərdə də olub. Bibliyada belə insanların kütləvi pozğunluğundan bəhs edən Sodom və Homorra rəvayətləri var.

Ancaq bəşər tarixində heç zaman cinsi azlıqların bu boyda təntənəsi, reklamı, cazibədarlığı olmayıb. Avropa ölkələri bu kateqoriyadan olan şəxslərə dözümlü yanaşa-yanaşa, onlara xüsusi imtiyazlar tanıya-tanıya başa keçiriblər. Çox da uzaq olmayan zamanlarda bunun faydasını və zərərini görəcəklər.

Əslində belə adamlar şərq-müsəlman ölkələrində də çoxdur, amma meyllərini danmağa, gizlətməyə məcburdurlar. Belə ölkələrdə cinsi azlıqları təqib edirlər, həbsxanaya salır, edam cəzasıyla hədələyirlər.

Cənub-Şərqi Asiya ölkələrində on minlərlə cinsini dəyişdirən, qadın olan və intim xidmətlər göstərərək pul qazanan adam var.

Onları təqib etməyən, mövcudluqlarına dözümlü yanaşan, amma özlərini gözə soxmaları, geniş təbliğat apararaq, sıralarına yeni-yeni gənclər cəlb etmələrinə imkan verməyən ölkələr də var.

Bizim ölkə cinsi azlıqlara dözümlü yanaşan ölkələrdəndir. Dövlət öz qanunları ilə onları təqib etmir. Ancaq xalq mühafizəkardır və öz yazılmamış qayda-qanunları ilə belə şəxslərə, açığını desək, ikrahla yanaşır, “üzdəniraq” adlandırır və üzdən iraq olmalarına çalışır.

Bu ölkədə əksəriyyət qəbul edir ki, o adamların öz dünyası var, qoy öz dünyalarında istədikləri kimi yaşasınlar, amma sapıntılarını normal bir şeymiş kimi təbliğ etməsinlər.

“Eurovision” kimi geniş miqyaslı festivalların, tədbirlərin bu qədər hay-küylə keçirilməsi isə göstərir ki, xeyri yoxdur, təşəbbüs artıq cinsi azlıqların əlindədir və onlar öz həyat tərzlərini ətrafdakılara diktə edirlər.

P.S. Biz də durub cinsi azlıqların festivalına iki cəngavər görünüşlü kişi göndərmişdik.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

23 Noyabr 2024

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

11 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

01 Noyabr 2024

30 Oktyabr 2024

28 Oktyabr 2024

26 Oktyabr 2024

24 Oktyabr 2024

22 Oktyabr 2024

21 Oktyabr 2024

19 Oktyabr 2024

17 Oktyabr 2024

16 Oktyabr 2024

15 Oktyabr 2024

13 Oktyabr 2024

11 Oktyabr 2024

10 Oktyabr 2024

08 Oktyabr 2024

06 Oktyabr 2024