İnsanlara hürriyət, millətlərə istiqlal!

İran nə edəcək? -Səssiz oturacaq, ya qalxıb bağıracaq?

İran Silahlı Qüvvələrinin baş qərargah rəisi Azərbaycanı təhdid edib. O, Azərbaycan- Ermənistan mövzusuna toxunaraq, sərhəd dəyişikliyi olarsa, səssiz oturmayacaqlarını vurğulayıb.

Çadranı düzgün geymədiyi (!) üçün öldürülən gəncəcik bir qıza görə hazırda qanlı ayaqlanmaya uğramış ölkənin yüksək çinli hərbi rəhbəri deyir bu sözü. Bu sözü, 30 ilə yaxın Azərbaycan Respublikası-İran sərhədini amansız işğalda saxlamış Ermənistana "gözün üstə qaşın var" deməyən,
tam tərsinə, Ermənistanla qanunsuz işbirliyi içində olmuş hərbi-siyasi rejimin təmsilçisi deyir. Bizi o adam hədələyir ki, təmsilçisi olduğu dövlət Ermənistanı müdafiə modundadır və guya İslam Respublikasıdır...

Məhəmməd Baqiri nə əcəb, İran düşməni ABŞ-ın yüksək vəzifəli rəsmisi Nensi Pelosinin ətəyindən mədəd uman Ermənistan rəhbərliyinə deyil də, Pelosinin səfərinin ardınca bizə diş qıcayır?..

İran-Ermənistan dövlət sərhədinin neçə yaşı var? - Cəmi 31 il. Öncələr o sərhəd SSRİ-İran sərhədi sayılırdı. Azərbaycan Xalq Cümhuriyyəti dönəmində (28.05.1918- 28.04.1920), eləcə də, Azərbaycan SSR-nin ilk aylarında (30.11.1920-ci ilədək) Zəngəzur hüquqi, inzibati baxımdan bizim tərkibimzdəydi. Çar Rusiyası dövründə isə Zəngəzur Yelizavetpol (Gəncə) quberniyasının tərkibində olub. Bir sözlə, tarix boyu Azərbaycanın olmuş bir ərazinin hər hüdudu da Azərbaycanın mədəni-mənəvi, tarixi xəritəsindədir və oradan Naxçıvanımıza dəhliz açılması heç cür qəbahət sayıla bilməz General-mayor rütbəsində və Baş qərargah rəisi görəvində olan kəs özü öz təhdidinin anlamsızlığını, mahiyyətsizliyini başa düşmürmü guya? Guya əsl motivin nə olduğunu kim bilmir ki?

Ey "qorxulu" Tehran, öncə öz əhalini, səninçün qan tökmüs, can vermiş Təbrizi, Ərdəbili, Urmunu, Makunu, Miyananı, Sulduzu... haqq etdiyi xoşbəxt yaşama qovuşdur, sonra başqa qayğıların peşinə düş.

Urmu gölünə yezid münasibətini dəyiş, sonra başqa tərəflərə uzan...

Ermənistandan sənə nəinki qardaş, nəinki bacı, heç məşuqə də olmaz. Ən azı "iki adaxlısı var" olan Ermənistanla bir körpün var, ondan da çox rahatsız olmayasan... Azərbaycan körpüsalanları lazım gələrsə, ondan daha enli körpülər sala bilir. Zatən üst-üstə 9 min kasıb erməninin məskunlasdırıldığı Mehri səmtlərdə ticarət də ölü gündədir. Oralar öz həqiqi sahibinin nəfəsi ilə canlana bilər...
Allah necə haqdır.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

16 Sentyabr 2024

31 Avqust 2024

26 Avqust 2024

25 Avqust 2024

20 Avqust 2024

16 Avqust 2024

08 Avqust 2024

02 Avqust 2024

30 Iyul 2024

28 Iyul 2024

21 Iyul 2024

18 Iyul 2024

13 Iyul 2024

12 Iyul 2024

08 Iyul 2024

05 Iyul 2024

26 Iyun 2024

21 Iyun 2024

15 Iyun 2024

11 Iyun 2024

10 Iyun 2024

05 Iyun 2024

30 May 2024

22 May 2024

18 May 2024

10 May 2024

08 May 2024

05 May 2024

25 Aprel 2024

23 Aprel 2024