İnsanlara hürriyət, millətlərə istiqlal!

İRAN HƏRBİ KOMANDANLIĞI EVİNDƏ ÖLDÜRÜLÜR – İRAN XALQINI KİM QORUYACAQ?  

İranın hərbi komandanları, nüvə alimləri öldürülüb.

Hələ heç müharibə başlamayıb.

Sadəcə, İsrail uzun müddətdir anonsunu verdiyi bombardmanı həyata keçirib.

Nüvə obyektləri vurulub.

Bir də ali hərbi rəhbərlik.

Tehrandakı evlərində…

Biz belə dünən bütün günü yazdıq ki, İsrail İranı bu gecə vuracaq.

ABŞ Prezidenti Dəli Domrul açıqca anons keçdi…

Amma İran rəhbərliyi oxuyub–üfürüb, yerlərinə uzanıb, yatırmışlar…

Gələn məlumatlar, video görüntülər təsdiq edir ki, Baş Qərargah rəisi, Azərbaycan kökənli Məhəmməd Hüseyn Baqeri də daxil, iri hərbi-siyasi fiqurlar öz evlərində, yatdıqları yerdə kənardan raketlərlə, nöqtə atışları ilə vurulub.

Ciddi mesajdır…

İsrail İranın içindədir.

Hər kəsin, ən ali rəhbərliyin də yaşadığı mənzili, hətta mərtəbəni, gizli evləri bilir.

Bilir və vurur.

Hər kəsi vurmadı.

İstəsə, vurarmış – verilən mesaj da zatən budur.

Raketə qarşı dua yoxdur…

İrana nüvə silahı yaratmaq imkanı verilməyəcək.

İsrail vurdu, ABŞ “xəbərim yoxdur” dedi…

Açıq qapı qoydu – Omanda, ya da bir başqa yerdə indi başqa İran görəcəyik…

Konstruktiv, anlayışlı…

İstənilən dövlət üçün Silahlı Qüvvələrin Baş Komandanını itirmək ən ağır itkidir.

Strateji fiqurdur, simvoldur, mənəvi amildir.

Baqerini buna görə də öldürdülər.

Xamneyiyə, Pezeşkiana mesaj verdilər.

Öz evlərində…

Təkrar–təkrar qeyd edirəm bu mühüm faktı!

Ən qorunan adamlar, ən toxunulmaz simalar ilk bombardımandaca, ilk hücumdaca, hələ müharibə başlamadan sıradan çıxarıldı…

İçəridən qalxdı o raketlər.

Tel-Əvivdən, Hayfa limanından qalxmadı!

O qədər məsafəni qət edib, dəqiqliklə bir mənzilin içindəki adamı vura bilən silah yoxdur.

İdarə olunan, hədəfi dəqiq vuran mobil qurğulardır.

HƏMAS lideri İsmayıl Haniyəni də Tehranda elə vurmuşdular.

İran içəridən çöküb, İranı qoruya biləcək ali hərbi komandanlar yatdıqları yerdə vurulur, özlərini qoruya bilmirlər…

Əgər İranın Silahlı Qüvvələrinin komandanı, SEPAH generalları yatdıqları yerdə vurulursa, o ölkənin xalqı hansı güvənlə yaşaya bilər?

Əgər İran rejimi özünü qoruya bilmirsə, o rejim necə başqa rejimlərə meydan oxuya bilər?

Baxın, bunlar İsrailin hücumu nəticəsində nöqtə atışı ilə öldürülən yüksək rütbəli İran rəsmiləridir.
Onların vəzifəsi İranı və onun xalqını qorumaq idi:

● Baş Qərargah rəisi Məhəmməd Baqiri

● SEPAH komandiri Hüseyn Salami

● SEPAH Aerokosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə

● İranın Atom Enerjisi Təşkilatının sabiq rəhbəri Fereydun Abbasi

● İran Baş Qərargahının “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının komandanı general-mayor Qulam Əli Rəşid

● Nüvə fizikası - İranın nüvə layihəsinin liderlərindən biri Məhəmməd Mehdi Tehranci

● İranın Ali Rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Şamxani.

...Hər bir halda, savaş bizim də qapımızdadır. Quru və dəniz sərhədləri ilə olası qlobal müharibətə qonşuyuq.

Təbii ki, Tehran rejimi qırılmış qüruru ilə İsrailə cavab verməyə çalışacaq.

Artıq bir xeyli də raket fırladıb.

Amma ötənilki təcrübə göstərdi: İran raketləri İsrailə heç nə edə bilmir…

Bizim duamız özümüzədir.

Allah Azərbaycanımızı qorusun.

Hər ikisini – Güneyi də, Quzeyi də…

Rauf Arifoğlu, Əməkdar jurnalist

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

22 Iyun 2025

15 Iyun 2025

13 Iyun 2025

12 Aprel 2025

11 Aprel 2025

07 Mart 2025

22 Fevral 2025

06 Dekabr 2024

10 Noyabr 2024

27 Iyul 2024

22 Iyul 2024

31 May 2024

03 Mart 2024

26 Fevral 2024

25 Fevral 2024

21 Fevral 2024

09 Fevral 2024

27 Yanvar 2024

14 Yanvar 2024

10 Yanvar 2024

24 Dekabr 2023

27 Oktyabr 2023

23 Oktyabr 2023

17 Oktyabr 2023

28 Sentyabr 2023

13 Sentyabr 2023

05 Sentyabr 2023

30 Avqust 2023

22 Iyul 2023