İnsanlara hürriyət, millətlərə istiqlal!

“ƏZİZ GÖYÇƏ, SƏN AZADSAN!” - Bu müjdəni vermək məhz ona yaraşır!

Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük müharibədən öncəki ad günlərində (başqa əlamətdar günlərdə də) adətən məcburi köçkünlərimizlə görüşürdü - Məsələn, dövlət başçısı 50 yaşını Taxtakörpüdə (Ağcabədi) məskunlaşmış laçınlı məcburi köçkünlərlə keçirmişdi.

Ali Baş Komandan İlham Əliyevin başçılıq etdiyi şanlı Ordumuz Laçını və digər ərazilərimizi iki il öncə azad etdi; artıq laçınlılar, qarabağlılar, ölkə vətəndaşları, dünya azərbaycanlıları qürurludur! Biz qalib ölkənin alnıaçıq xalqı olaraq azadlıqdan abadlığa, ərazi bütövlüyndən milli-tarixi haqlarımıza doğru yön alırıq.

Necə deyərlər, Şuşaya götürən yollar Şuşada bitmir…

06c97a12-b356-37a6-a2c4-14a439894dad_850.jpg (68 KB)

- Prezident bu ilki adgününündə Qərbi Azərbaycandan olan bir qrup ziyalımızla görüşdü, Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılmış ortamla tanış oldu. İlham Əliyev “Gün gələcək Qərbi Azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar” dedi.

Dedi ki, “Hətta səndən güclü olan qüvvə qarşısında da geri addım atmamalısan”.

Əlbəttə, biz bilirik ki, Ermənistan bizdən güclü qüvvəyə malik deyil; Prezident heç şübhəsiz, Ermənistanın arxasında durmuş və hələ də “uzanan, sürünən dəstək”də bulunan dünya güclərini nəzərdə tutur. İlham Əliyevin bugünkü görüşünü, ismarıclarını düzgün oxumaq, anlamaq lazımdır.

WhatsApp Image 2022-12-24 at 13.28.51.jpeg (140 KB)

Müzəffər Ali Baş Komandanımızla qürur duyuruq ki, özünün əziz günündə məhz ən taleyüklü milli-tarixi məsələnin müzakirəsini keçirir.

Bu öz taleyini xalqın taleyi ilə birləşdirməyin parlaq örnəyidir.

Var olun, cənab Prezident!
Bayrağınız uca olsun!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

16 Sentyabr 2024

31 Avqust 2024

26 Avqust 2024

25 Avqust 2024

20 Avqust 2024

16 Avqust 2024

08 Avqust 2024

02 Avqust 2024

30 Iyul 2024

28 Iyul 2024

21 Iyul 2024

18 Iyul 2024

13 Iyul 2024

12 Iyul 2024

08 Iyul 2024

05 Iyul 2024

26 Iyun 2024

21 Iyun 2024

15 Iyun 2024

11 Iyun 2024

10 Iyun 2024

05 Iyun 2024

30 May 2024

22 May 2024

18 May 2024

10 May 2024

08 May 2024

05 May 2024

25 Aprel 2024

23 Aprel 2024