Onlayn ictimai-siyasi qəzet
Son aylarda Özbəkistandan dövlət-din münasibətlərinə dair unikal xəbərlər gəlir. Bəlkə də bir çoxları bunu qılıncla qarşılayır, ancaq təqdir edənlər də çoxdur.
Axırıncı müvafiq xəbər bundan ibarətdir ki, Özbəkistan müsəlmanlarının fəaliyyətini tənzimləyən ruhani idarəsi imamların, yəni mollaların sosial şəbəkələrdə çıxışlarını məhdudlaşdırıb.
Məscid axundlarına xəbərdarlıq edilib ki, onlar sosial şəbəkələrə daxil ola, hansısa kontentə “bəyənmə” işarəsi qoyar, özləri paylaşım edə bilməzlər.
Bu hansı zərurətdən doğub, bu barədə bir neçə mülahizə yürütmək olar.
Ancaq mollalara tətbiq edilən qadağanın sosial şəbəkələrin haram olması inancı ilə bağlı olmadığı dəqiqdir.
Əslində din adamları sırf bu üzdən sosial şəbəkələrdə fəallıq etməməliydilər, çünki oturub-durub sosial şəbəkələrin haramlığından, insanları yoldan çıxarmasından, zinaya yol açmasından, “şeytan icadı” olmasından danışırlar. Ancaq işlərinə gələndə özləri də sosial şəbəkədə profil açırlar.
Bu, siyasiləşmiş dindarların “şeytan icadları”ndan ilk istifadəsi deyil. 1978-ci ildən əvvəl İranda mollalar tərəfindən “kafir icadı” elan edilən kasetli maqnitofonlar həmin il İran şahını devirmək istəyən ruhanilərin əsas təbliğat silahına çevrilib. Onlar Fransada qaçqın həyatı yaşayan ayətullah Ruhulla Xomeyninin inqilabı çıxışlarının səs yazısını ölkə ərazisinə audiokasetlərlə yayıblar və xalq bu çıxışları dinləyərək inqilab havasına köklənib.
Əslində Özbəkistanda mollaların sosial şəbəkədən istifadəsinin məhdudlaşdırılması da məhz bu platformanın siyasi məqsədlər güdən dini təbliğat üçün istifadə olunacağına dair hökumət dairələrində əndişə var və bu əbəs deyil.
Hələ 200 il əvvəldən dövlət işlərindən kənarlaşdırılan xristianlıqdan fərqli olaraq, islam ölkələrində dindən siyasi motivlə istifadə halları il-ildən güclənir. Bu, bir sıra radikal və ekstremist qüvvələrin hakimiyyətə gəlmək üçün yararlandıqları ən cəlbedici ideologiyadır. Dini ideologiyalı partiyalar rəqib tanımır, onlarla rəqabət aparanlr avtomatik olaraq din düşməninə çevrilirlər, Allah kəlamına, peyğəmbərin yoluna qarşı çıxmaqda ittiham olunurlar.
Ona görə də hansısa müsəlman ölkəsinin dünyəvi dövlət quruluşunda qalmasını prioritet sayan siyasi qüvvələr dini partiyaların fəaliyyətini yasaqlayır və bu möhkəm məntiqə əsaslanır: siyasi ambisiyan var, dövlət idarə etmək istəyirsən, insanların dini hisslərindən sui-istifadə etmə, normal proqram tərtib et, xalqa bildir, səs qazan.
Bundan əvvəl Özbəkistanda məscidlərdə videokameralar quraşdırılmasının, axund və imamların moizələrinin açıq-gizli yazılmasının, görüşmələrinin izlənilməsinin əsas səbəbi də bu idi. Hakimiyyət orqanları əmindirlər ki, nüfuzlu dini mərkəzlərə malik olan böyük dövlətlər digərlərini öz təsir dairələrinə almaq üçün öz məzhəblərini aşırı bir canfəşanlıqla başqa ölkələrə sirayət etdirməyə çalışır, bunun üçün yuxarı, orta və aşağı rütbəli din xadimlərinin xidmətindən yararlanırlar.
Belə təhlükə bizim ölkəmizdə də vardı və bir zamanlar çox aktual idi. Ancaq bir yerdən sonra Azərbaycan hökuməti müxtəlif təriqətlərin öz fəaliyyət əndazələrindən kənara çıxdığını görərək hamısını zərərsizləşdirdi, sektaları nəzarət altına götürdü. Özlərini siyasi partiya, hərbi komissarlıq və kəşfiyyat rezidenturası kimi aparan dini qruplar indi yalnız öz ibadətləri ilə məşğuldurlar.
Hazırda Özbəkistanda da imamlar dini idarənin bu qərarını onların fəaliyyətinə dövlət nəzarətinin gücləndirilməsi kimi şərh ediblər və narazıdılar. Ancaq məqsəd mənəvi-əxlaqi dəyərlərin təbliğidirsə, insanları düz yola dəvət etməkdirsə, vicdan, əqidə azadlığına hər hansı basqı yoxdursa, möminlərin ibadətinə maneçilik törədilmirsə, o zaman dövlətin din üzərində nəzarətinin nə kimi ziyanı ola bilər?
Əslində isə bir sıra ölkələrdə siyasiləşmiş dindarların məqsədi dinin dövlət üzərində nəzarətini təmin etmək, hakimiyyətə gəlmək, dövlətin ictimai-siyasi quruluşunu dəyişdirmək, müasir hüquq sistemi ilə uzlaşmayan, onu inkar edən şəriət rejimi qurmaqdır.
Özbəkistan, Qazaxıstan, Tacikistan və Qırğızıstanda dövləti idarə edənlər bu gerçəyi çoxdan anlayıblar, ona görə də yabançı radikal təriqətlərin ölkədə siyasi təşəbbüsü ələ almalarına imkan vermək istəmirlər.
Bundan bir müddət əvvəl belə bir xəbər də vardı ki, Özbəkistanda məscid imamlarından və onların müavinlərindən xarici pasportlarını ölkənin ruhani idarəsinin yerli nümayəndələrinə təhvil vermələri tələb olunub. Səbəb kimi din xadimlərinin xaricə səfərlərinin qarşısını almaq göstərilirdi. Çünki onlar bütün təlimat və direktivlərini xarici ölkələrdəki siyasi-dini mərkəzlərdən alırdılar.
Nəhayət, müsəman ölkələrində də din dövlətdən ayrı olmağa meyllənməlidir, siyasi iddialarını boğmalıdır. Ermənistanda din dövlət üzərində dominantlıq edir deyə, keşiş Baqrat iki aydır Allaha bəndəlik etmir, ölkəyə rəhbərlik etmək istəyir.
23 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
11 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
01 Noyabr 2024
30 Oktyabr 2024
28 Oktyabr 2024
26 Oktyabr 2024
24 Oktyabr 2024
22 Oktyabr 2024
21 Oktyabr 2024
19 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
13 Oktyabr 2024
11 Oktyabr 2024
10 Oktyabr 2024
08 Oktyabr 2024
06 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ