İnsanlara hürriyət, millətlərə istiqlal!

Dərin zirvə

“Vaxtilə Əbülfəz Elçibəy 4 helikopter istədi, Türkiyə onları verə bilmədi. Bu gün isə Preizdent Ərdoğan deyə bildi ki, “Qarabağ sizin haqq işinizdir".

Ərdoğan deyə bildi ki, "sizin başınıza gətirilənlər, bizim də başımıza gətirilib. Biz sizin yanınızdayıq". O, bu mesajı bütün dünyaya göndərə bildi". - Bu sözlər qardaş Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırıma aiddir.

Bəli, vaxtilə mülki əhalini Ermənistanın törətdiyi soyqırım aktlarından xilas etməyə çalışan Azərbaycana Türkiyə yardım əlini uzada bilmədi... Nə qədər acı da olsa da, biz o ağrılı dönəmi yaşamışıq... Lakin indi Türkiyə tam Azərbaycanın yanındadır. Biz bu ləyaqətli birgəliyi, dəstək və gücü qürurla müşahidə edirik.

Azərbaycan-Türkiyə qardaşlığı tarixi mərhələdə - İlham Əliyev və Ərdoğan  fenomeni...

Ölkələrimiz arasında qarşılıqlı dəstəklə bağlı nə etmək olarsa, tamı tamına gerçəkləşdirilir.

Tarix, gələnək, mədəniyyət, dil və başqa əsaslarla yanaşı, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın yürütdüyü siyasət iki qardaş ölkənin münasibətlərinin ən yüksək zirvəyə qalxmasını şərtləndirən əsas amildir.

Çox şükür, bu gün nə Türkiyə, nə də Azərbaycan ötən yüzilliyin 90-cı illərindəki ölkələr deyil! Prezidentlər Əliyev və Ərdoğanın sayəsində hər iki dövlətimiz öz maraq və mənafelərini güclü şəkildə müdafiə etməyi, istənilən təzyiqi dəf etməyi bacaran xarakterli dövlətlərdir.

Türkiye ve Azerbaycan hava seyrüsefer hizmetleri konusunda iş birliği  yapacak

Prezident Ərdoğanın qətiyyəti və Qarabağ müharibəsində Azərbaycana dəstəyi qardaşlığımızın yüksək əyarlı altun səhifələrində yer almaqdadır.

Bu gün Türkiyə-Azərbaycan dövlətlərarası münasibətləri özünün ən yüksək zirvəsindədir. O zirvə inişil 44 günlük Vətən Müharibəsində (ondan öncə Tovuz Döyüşlərində) bədxahları çəkindirici qətiyyətli mənəvi, siyasi-diplomatik dəstəklə,
ötən il "Şuşa Bəyannaməsi" ilə taclandırılmışdı, bugünlərdə isə "TEKNOFEST2022" ilə süslənir.

Azercell sponsors “TEKNOFEST Azerbaijan” Aerospace and Technology Festival

Sabahlarımız bu günümüzdən daha parlaq olacaq! Gozəl yarınlar bizimdir!

Şair necə deyirdi? -

"Keçidlərdə ocağımız səngidi,
Yoxuşlarda nəfəsimiz təngidi,
Tarix bir az haqq sözündə ləngidi,
Həqiqətlər çözüm-çözüm olacaq,
Bu gün-sabah dünya bizim olacaq". (Z.Yaqub).

DÖVLƏTLƏRİMİZ ZAVAL GÖRMƏSİN!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

16 Sentyabr 2024

31 Avqust 2024

26 Avqust 2024

25 Avqust 2024

20 Avqust 2024

16 Avqust 2024

08 Avqust 2024

02 Avqust 2024

30 Iyul 2024

28 Iyul 2024

21 Iyul 2024

18 Iyul 2024

13 Iyul 2024

12 Iyul 2024

08 Iyul 2024

05 Iyul 2024

26 Iyun 2024

21 Iyun 2024

15 Iyun 2024

11 Iyun 2024

10 Iyun 2024

05 Iyun 2024

30 May 2024

22 May 2024

18 May 2024

10 May 2024

08 May 2024

05 May 2024

25 Aprel 2024

23 Aprel 2024