Onlayn ictimai-siyasi qəzet
Amerika Birləşmiş Ştatlarının (ABŞ) mayalandığı gündən ta hazırkı vaxtadək əsasən riyakarlığın, satqınlığın ocağı olduğu, bu bədəməlləri məhz dövlət siyasəti səviyyəsinə yüksəltdiyi danılmaz həqiqətdir.
Əslində “maya”, “dövlət”, “ocaq”, “yüksəltmək”, “həqiqət” kimi sözlər bu Şər İmperiyasının adı ilə yanaşı çəkilincə əziyyət çəkir. Açığı, bir vaxtlar elə bilirdim, “Şər İmperiyası” deyimi Sovetlərin bizə uzun illər plan-proqramlı şəkildə aşıladıqlarından yaxud vİranın siyasi üslubundan irəli gəlir. Lakin Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etdikdən bəri bizə münasibətdəki münasibətsizliyi, andıra qalmış “Azadlığı Müdafiə Aktı”na adıyaman “907-ci düzəliş”i, işğalçı ilə işğala məruz qalan tərəfi bərabər tutması və s. (Sovetli-Sovetsiz, vİranlı-vİransız) onun Şər İmperiyası olduğunu təkrarən təsdiqlədi. Doğrudur, ATƏT-in keçmiş Minsk Qrupunun digər həmsədrləri də Şər imperiyalarıdır; lakin ABŞ onların içində ən güclüsü - supergüc adlandırıldığı kimi, elə Şər-şəbədədə də ən öndə gələnidir.
ABŞ heç vaxt heç yerə gələn yox, elə hər yerdən gedən olsun təki. Çün heç yerə xeyir gətirdiyi olmayıb ki olmayıb… - Yaponiya, Vyetnam, Koreya, Əfqanıstan, İraq, Suriya… - ABŞ gəlir, ABŞ dağıdır, ABŞ cəhənnəm yaradıb sonra özü cəhənnəmə çəkilir…
Elə bu sətirlərin yazarı da, başqaları da, zaman-zaman hansısa rəsmi açıqlamadan, ABŞ Prezidentinin hansısa məktubundan və ya ABŞ rəsmilərinin bəzi səfərlərindən müsbət sonuclar çıxarmağa meyl edib; lakin enində-sonunda ABŞ yenə yapıb öz ABŞ-lığını… - Özü də yalnız Azərbaycana qarşı deyil, qardaş Türkiyəyə, Türk-İslam dünyasına, ümumən onun çıxarlarına uymayan istənilən dövlətə, təşkilata… qarşı neosəlib yürüşü edib.
*
Ukraynanın, Moldovanın, Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyərək, bütün beynəlxalq platformalarda bu ölkələrə dəstək verən ABŞ, 20% ərazisi 30 ilə yaxın işğal altında qalan Azərbaycana heç bir dəstək vermədi. Nəinki dəstək vermədi, bu azmış kimi, daha çox, işğalçı Ermənistanın çıxarlarına uyğun addımlar atdı.
Niyə?!. Bəyəm, Abxaziya və Güney Osetiyanın Gürcüstanın, Dnestryanının Moldovanın, Donbas və Krımın Ukraynanın ayrılmaz hissəsi olduğunu bilən ABŞ, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bilmir(di)?! - Şair demiş, “kimi aldadırsan, a zalımoğlu”?..
O zaman haqlı olaraq sual yaranır: günümüzdə Ukraynaya göstərilən köməyin (daha da artığı göstərilsin - mövzu bu deyil, Ukrayna bizə əziz ölkədir, lakin o köməyin) 25%-i, lap 12,5%-i bizə göstərilsəydi, torpaqlarımız üç onillik boyu işğal altında qalardımı?!. - Əsla!
Allah qoymasa, ABŞ hələ bir ATƏT-in Minsk Qrupunun həmsədri - birbaşa mandat sahibiydi.
ABŞ bizim torpaqların uzun illər işğal altında qalması üçün əlindən gələni etdi. İşğalçı Etmənistanın bizim ərazilərdəki oyuncaq uzantısına - Qarabağdakı qondarma rejimə hər il milyonlarla dollar yardım verən həmin o ABŞ deyildimi? - Nəymiş, əfəndim? - bəs deməzsənmi, “fağır” separatçılar mina təmizləyəcəklərmiş… Bax, o qanunsuz qərarları verən ABŞ yetkililəri guya bilmirdimi ki, separatçılar mina təmizləyən yox, mina basdırandır?.. Bir milyon azərbaycanlını yer-yurdundan zorla qovub çıxaran Ermənistan və Xankəndidəki qondarma rejim ərazilərimizdə düz bir milyon mina basdırıb…
Yəni ABŞ-ın mina təmizləmə adı altında ötürdüyü vəsait mina basdırmağa, işğalı qalıcı etməyə, günahsız azərbaycanlıların hüquqlarının tapdanmasına sərf olunub, - desək yanlış olmaz.
Üstəlik, separatçılar dəfələrlə ABŞ-a səfər edərək, “Qarabağa yardım” adı altında yüzmin dollarlarla vəsait toplayıb. Məhz həmin o ABŞ-da Qarabağdakı qanundankənar, cinayətkar rejimin qərargahı yaradılmış, qondarma rejimin nümayəndələri ABŞ-a səfərlər edərək ayrı-ayrı səviyyələrdə görüşlər keçirmişdir. Bütün bunlar təkqütblü dünyanın supergücü adlandırılan ABŞ-ın cılızlığının, Amerikasayağı “ədalət”in ifadəsi(y)dir… Bunlar Ermənistanın Azərbaycan torpaqlarını işğal faktına ABŞ-ın adıyaman münasibətinin “parlaq” göstəricisidir. Sözdə, elüzəri “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik” deyən ABŞ, nə hikmətsə (hikmətsizliksə!), arxada Ermənistana və Xankəndidəki separatçı oyuncaq rejimə dəstək verdi, verdi…
Əslində, supergüc deyilən ABŞ-la cırtdan Ermənistan bəzən bir medalın iki üzü kimi qarşımıza çıxır. Örnək verək:
Baxın, Əfqanıstanı viran edən, sonra da abırsızca aradan çıxaraq, Talibanı hakimiyyətə qaytaran ABŞ, öz mahiyyətsizliyini, çürüklüyünü, güvənsizliyini (bir daha) ortaya qoymuş oldu. Həmin ABŞ həmin Talibanı terrorçu elan etmişdi (əslində, özü yaratmışdı)…
20 illik işğal dönəmində ABŞ Əfqanıstanda 1 km yol belə çəkmədi, bircə məktəb tikmədi... Eynən Ermənistan kimi: vandallar 30 illik işğal dönəmində Qarabağda, Gündoğar Zəngəzurda daşı daş üstə qoymadı, məktəb tikmədi, məktəblər sökdü, yol çəkmədi, yollar dağıtdı… Talibanı ABŞ özü yaratdığı kimi Xankəndidəki qondarma “müstəqil” rejimi də Ermənistan, dünya erməniliyi və havadarları qondarmış, bələyib-qundaqlayıb “böyütmüş”dü…
Supergüc deyilən ABŞ da, cırtdan Ermənistan da öz mahiyyətsizliklərini bu və bənzəri layihələrlə addımbaşı nümayiş etdirir. Ancaq daşlar var ətəkdən tökülür, daşlar var ətəyə yığılır…
Gün vardı bizə problem yaradanlar gün gəldi özləri problem yaşadı və ya yaradanlarına problem oldu…
ABŞ-ı tanıyınız, tanıdınız, vətəndaşlar!..
Bəlkə ABŞ da bizi, Türk-İslam dünyasını, tərəqqipərvər insanlığı layiqincə tanımır…
Amma…
Gün doğmadan nələr doğar…
44 gün içrə Zəfər doğar!..
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
18 Noyabr 2024
12 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
28 Oktyabr 2024
25 Oktyabr 2024
20 Oktyabr 2024
18 Oktyabr 2024
15 Oktyabr 2024
09 Oktyabr 2024
27 Sentyabr 2024
25 Sentyabr 2024
20 Sentyabr 2024
16 Sentyabr 2024
31 Avqust 2024
26 Avqust 2024
25 Avqust 2024
20 Avqust 2024
16 Avqust 2024
08 Avqust 2024
02 Avqust 2024
30 Iyul 2024
28 Iyul 2024
21 Iyul 2024
18 Iyul 2024
13 Iyul 2024
12 Iyul 2024
08 Iyul 2024
05 Iyul 2024
26 Iyun 2024
ŞƏRHLƏRŞƏRH YAZ