İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azadlıq" qəzetinin böyük yanlışı

"Azadlıq" qəzeti bir cümləlik fikrimi konteksdən çıxarıb, 6 nəfər Milli Şura üzvündən buna münasibət alıb. Adımı iki yerdə başlığa çıxarıb, məndən bir cümlə də münasibət öyrənməyib, cavab haqqı tanımayıb. Həmkarlarımı şiddətlə qınayıram. Qərəzin də bir əndazəsi olar. Nədi-nədi, mən yazımaşam ki, Rəsulzadə-Elçibəy yolunda olanlar Heydər Əliyevlə yola başlayan 3 liderin (Rəsul Quliyev, Eldar Namazov, Lalə Şövkət) son günlər Milli Şuraya tətbiq etdikləri sabotaj və anti-təbliğat kampaniyasının qarşlığında onlarla vidalaşma qətiyyəti göstərməyə hazır olmalıdırlar. Rəsul Quliyev vahid namizəd haqqında "heç bir şansı yoxdur" deyə bilər, "EL" hərəkatı və ALP Cəmil Həsənlinin vahid namizəd kimi qatıldığl MŞ-nin ilk sessiyasını boykot edə bilər, cəmiyyətin və beynəlxalq təşkilatların diqqətini ortadakı narazılığa yönəldə bilər, "EL" liderlərindən biri "Mən Cəmil Həsənlini yox, İlqar Məmmədovu müdafiə edəcəm, hamını da buna çağırıram" kimi bəyanat verə bilər; amma biz "bunları edənləri özünüzdən ayırmağa da qətiyyət göstərməniz lazım, əks halda problem daha da böyüyəcək" yazanda, hədəf Rauf Arifoğlu olacaq? Niyə bu əməlləri törədənlərdən sitat verilib, pislənilmir? Amma bütün devşirmələri danışdırıb, məni təhqir etdiriblər... Hazırda bütün münasibətlər seçkiyə qatılan vahid namizədə - Cəmil Həsənliyə olan münasibətlə tarazlanmalıdır. Seçki prezident seçkisidir -  parlament deyil ki, burada çoxluğun və partiyaların əhəmiyyəti olsun.  Bizdə qəzet olaraq onun yanında və dəstəyindəyik. Amma Rəsul Quliyev yox! Deyir "şansı yoxdir". Biz Cəmil bəyə keyfiyyətli informasiaya dəstəyi veririk - "EL" hərəkatı onun vahid namizəd kimi ilk dəfə qatıldığı sessiyanı boykot edir, Şuşa restoranında alternativ toplantı çağırır və daxili qərar verir - "İlqar Məmmədovu dəstəkləyəcəyik". Bu da səhərisi gün mətbuata çıxarılır. ALP də həmin gün sessiyanı boykot edir, qatılmır, mətbuata da məlumat ötürülür ki, buna səbəb iclasa sədrliyi Əli Kərimlinin etməsidir, Əvəz özü sədr olmaq istəyib... Biz də bunları qınayan yazı yazırıq ki, axı, belələri sizin nəyinizə lazım! Qarşınızda unikal şans açılmaqdadır. Bu şansı bu cür dedi-qodulara əzdirməyin. 

Və bir köşə yazısına görə onun müəllifinin də siyasətçilərin hədəfinə çıxarılması ancaq "Azadlıq"a xas hərəkətdir. Onamı, yoxsa arxasındakı hörmətli dostumuzamı...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

27 Iyul 2024

22 Iyul 2024

31 May 2024

03 Mart 2024

26 Fevral 2024

25 Fevral 2024

21 Fevral 2024

09 Fevral 2024

27 Yanvar 2024

14 Yanvar 2024

10 Yanvar 2024

24 Dekabr 2023

27 Oktyabr 2023

23 Oktyabr 2023

17 Oktyabr 2023

28 Sentyabr 2023

13 Sentyabr 2023

05 Sentyabr 2023

30 Avqust 2023

22 Iyul 2023

18 Iyun 2023

03 Aprel 2023

29 Mart 2023

16 Mart 2023

19 Fevral 2023

15 Fevral 2023

10 Noyabr 2022

09 Noyabr 2022

28 Oktyabr 2022