İnsanlara hürriyət, millətlərə istiqlal!

"Elçibəy 30 il öncə Bakını tərk etməsinin səbəblərini mənə video ilə anlatdı" - Rauf Arifoğlunun yazısı + FOTO və VİDEO

Bakıdan Kələkiyə gedən Elçibəyin ardınca biz də getdik. Bir "M - 3000" video-kameram vardı. Onunla Kələkidən 3 saatlıq çəkilişlərim var.

"Yeni Müsavat" qəzetinin baş redaktoru olaraq Elçibəydən geniş video müsahibə də almışam. İndi çoxlarının "sirr" dediyi, "özü ilə apardı" dediyi məsələlərin, səbəblərin bir çoxunu Kələkidə isti-isti mənə açıqlayıb. Üstünə bir yəhudi fıkrası da söyləyib...

b5de6fe0-feb8-48ac-981f-d6c2d94b8a43.jpg (22 KB)

Həmin zaman və bir də 1997-ci ilin avqust ayında....

Bəli, sonrakı dönəmlərdə də Kələkidə oldum, söhbət etdim; müsahibə aldım dəyərli və unudulmaz Elçibəydən. Güney Azərbaycanla bağlı, Əli Kərimli, Asim Mollazadə, İsa Qəmbərlə bağlı özəl təlimatlar verdi...

bce4395f-ffec-4415-a1af-1d6f795445e0.jpg (49 KB)

Fotoda soldan sağa: Nəcəf Nəcəfov, Əli Kərimli, Fərəc Quliyev,Asim Mollazadə, Cəmil Həsənli

Onun yanında keçirilən xüsusi toplantıları da kameramla çəkmişəm. Mərhum Nəcəf Nəcəfov, Əli Kərimli, Asim Mollazadə, Fərəc Quliyev, Cəmil Həsənli, Oqtay Qasımov, Çingiz Göytürk və digər məşhur personajlar düz 30 il öncə Kələkidə, hələ o zaman prezident səlahiyyətlərini özündə daşıyan Elçibəyin yanında iclas edir, danışır, çıxış yolları arayır, mübahisə edirlər...

 

                                                     Sözügedən müsahibədən bir parça  
         
Sonra Kələki çayının sol sahilində oturub, danışır, deyib -gülürük. Ətrafda insan qaynayır. Hamı nikbindir, hər kəs Bəyin dahiyanə bir gediş etdiyindən əmindir, hər kəs bu gediş sayəsində tezliklə Bakıya və hakimiyətə dönəcəyinə inanır...

Kameranı yanımdakı dostlardan birinə verirəm, mən də kadrlara beləcə düşürəm. Sonra Kələkinin üstündəki dağlara çıxırıq, Elçibəyin doğulduğu və çox sevdiyi "Xəlil Yurdu"nda oluruq...

71a6d680-d225-4322-8398-b2baf25a327a.jpg (173 KB)

Fotoda soldan sağa: Arzu Səmədbəyli, Rauf Arifoğlu, Xəlil Qəni, Novruz Həsənov

Oğlu Ərturqutun görüntüləri: hələ körpədir və ətrafa gülərək baxır...

2000ceb4-f3b7-4bbf-bd35-61693461c17e.jpg (48 KB)

Kiçik Ərturqut Arzu Səmədbəylinin qucağında

Bu kadrların bəzilərini qısaca yaydım, səfərlərimlə bağlı çoxlu yazılar yazdım, dərc etdim; amma bu müsahibəni tam halda heç zaman yaymadım.
Səbəblər vardır...

O da mənim sirrim olsun...

89c23ca4-0bb6-41a5-826e-cc9b562d27ec.jpg (152 KB)

Rauf Arifoğlu və Elçibəyin sürücüsü Xəlil bəy

İndi üstündən 30 il keçəndən sonra həmin tarixi müsahibədən bir hissəni və prezident Elçibəyin Naxçıvanın müxtəlif yerlərindən gələn vətəndaşlarla söhbətin bir parçasını təqdim edirəm.

Kadrlardan endirdiyim bir sıra fotoları da...

Bu gün həmin gündür - prezident Elçibəyin Bakını, hakimiyyəti tərk edib, Kələkiyə getdiyi gün.

53b6d67b-88a7-4ba2-a260-49d4bccb4a2e.jpg (113 KB)

Bir də oradan 4 il 4 ay sonra dönəcəkdi.

Prezident kimi getdiyi kənddən müxalifət lideri kimi geri qayıdacaqdı...

Sirlərə gəlincə...

Mənim araşdırmalarıma görə ortada heç bir sirr filan da yoxdur.

Elçibəyin Bakını tərk edib, Kələkiyə getməsində çox şey var (çarəsizlik, səriştəsizlik, qorxu, faciəvi səhv) amma sirr - filan yoxdur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR