İnsanlara hürriyət, millətlərə istiqlal!

Parisin meri Gorusa niyə gəldi? "Fransız əsilli ermənilər" Ağdam yolunu bağlada bilərmi? VİDEO

Bu gün REAL TV-nin efirində Ermənistan, ermənilər və Fransa ilə davam edən gərginliyi Namide Bingöl xanımla müzakirə etdik!

Bütün səhnələşdirilən təxribatlar Azərbaycanı daha bir strateji uğurdan - Ağdam - Xankəndi yolunu işə salmaqdan çəkindirmək, bunu ləngitmək, bahalıya "satmaq" üçündür. Eyni ilə Laçın - Gorus sərhədində Buraxılış Postu qoymaq ərəfəsində bu cür təxribatlar, diversiyalar var idi. O zaman kənar təhrikçi İran idi: buna görə kobud, qanlı və radikal xarakterli təxribatlar, araqarışdırmalar oldu. Lakin Azərbaycan Postunu qoydu: hər mənada!

İndi kənar təhrikçi Fransadır. Orada "Sepah" yoxdu; fəqət liboş merlər var; toplanıb gəlmişlər və "TIR"lara minib, Qarabağa, "oppalara" getməyə cəhdlər göstərdilər.

Bu yaxınlara qədər istənilən fransız əsilli "erməni" rahatca gəlib Qarabağa keçə bilir, Xankəndində, başqa məntəqələrdə görüşlər keçirdir; fotolar, filimlər çəkdirir, bizə yandıx verirdi. İndi Parisin, Strasburqun merləri, senatorlar, incə - mincə, amma siyasi çəkisi böyük olan liboşlar gəldilər. Fəqət sərhədimizi keçə bilmədilər!

Azərbaycan 3 aydır bu layihənin üzərində işləyir! Laçın yoluna alternativ, ilk zamanlar həm də paralel olaraq, Ağdam yolu! Açılmalıdır, açılacaq, açılmaqdadır!

İlk yük karvanı bu yolu keçdi, Əskərana dayandı və ermənilər hay -küylə bu hərəkəti hər yerdə tirajladılar. Yolu kəsdilər, bağırıb - çığırdılar... Azərbaycan ermənini özünə işlətdi! Proses davam edir.

30 il bağlı qalan Ağdam - Xankəndi yolu dünyanın gözündə, ermənilərin nəzdində LEGİTİMləşdi! Bu boyda prosesin qarşısını 30-40 dılğır erməni və 10-15 dongili fransızla almaq qeyri - mümkündür. Həm də ona görə ki, bütün bunlar beynəlxalq qanunlarla yanaşı, gücün qanunları ilə idarə olunur. Həm haqlıyıq, həm güclüyük!

Bunlardan danışdıq, gələcəkdən söz açdıq, görəcəkləri təhlil etdik!  

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR