Onlayn ictimai-siyasi qəzet
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan yeni təyinat alıb.
Musavat.com xəbər verir ki, o, qadınlar arasında Millətlər Liqasının Şimali Makedoniya - Latviya oyununun UEFA nümayəndəsi olacaq.
C Liqasının 6-cı qrupunun III turu çərçivəsində keçiriləcək görüş aprelin 4-də Şimali Makedoniya Futbol Federasiyasının Skopyedə yerləşən Məşq Mərkəzində təşkil olunacaq.
02 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ