Onlayn ictimai-siyasi qəzet
Hollandiyanın xarici işlər naziri vəzifəsini icra edən Kaspar Veldkamp vəzifədən istefa verib. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu addıma səbəb hökumətdə İsrailə qarşı əlavə tədbirlərin tətbiqi məsələsində konsensusun olmaması göstərilir.
Bunu Veldkamp özü açıqlayıb: “Mən başa düşdüm ki, heç bir əhəmiyyətli əlavə tədbir görə bilməyəcəm”. İstefasının səbəblərini açıqlayan Veldkamp onu da qeyd edib ki, zəruri hesab etdiyi tədbirləri “müstəqil və sərbəst şəkildə həyata keçirmək” imkanını görmür.
Bu gün Hollandiya Nazirlər Kabineti Veldkampın Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlara görə İsrailə qarşı təklif etdiyi əlavə sanksiyaları bir neçə saat müzakirə edib.
Musavat.com
23 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ