Onlayn ictimai-siyasi qəzet
Avropa Üçlüyü (Böyük Britaniya, Fransa, Almaniya) xarici işlər nazirləri Avropa diplomatiyasının rəhbəri Kaja Kallas ilə birlikdə İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıblar.
Musavat.com xəbər verir ki, məlumatı Fransanın xarici işlər naziri Jan Noel Barro X hesabında açıqlayıb.
Onun sözlərinə görə, danışıq zamanı İranın nüvə proqramı ətrafında vəziyyəti və ona qarşı mümkün sanksiyaların tətbiqini müzakirə ediblər: “Həmkarlarım Britaniya xarici işlər naziri Devid Lemmi, Almaniya xarici işlər naziri İohann Vadefoul, Kaja Kallas və mən bu yaxınlarda iranlı həmkarımızla nüvə proqramı və İrana qarşı yenidən tətbiq etməyə hazırlaşdığımız sanksiyalarla bağlı mühüm telefon danışığı apardıq”.
Fransa diplomatiyasının rəhbəri aparılan müzakirələrlə bağlı başqa təfərrüatları açıqlamayıb və əlavə edib ki, gələn həftə bu məsələ ilə bağlı yeni təmaslar planlaşdırılır.
Musavat.com
24 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ