Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Dənizli vilayətində təmizlik işçisi zibil qutusunda sümük parçaları tapıb.
Musavat.com xəbər verir ki, hər bir sümüyün üzərində hansı sümük olduğunu bildirən not kağızı da tapılıb.
İnsana aid olduğu ehtimal edilən sümüklər ekspertizaya göndərilib.
Ekspertizanın rəyi əsasında Respublika Prokurorluğu tərəfindən hadisə yerində ətraflı araşdırma aparılmasına göstəriş verilib. Zibildən tapılan sümüklər yerli sakinlər arasında da panikaya səbəb olub.
Polislər zibil qutusunu boşaldıb və bütün əşyaları tək-tək araşdırıb. Müayinələrdən sonra toplanan sümüklər ekspertiza üçün İzmir Regional Kriminal Polis Laboratoriyasına göndəriləcək. Laboratoriyada müayinədən sonra sümüklərin insana aid olub-olmadığı müəyyənləşəcək.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ