Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Çerniqov vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) buraxılış məntəqəsini məhv etdiyini açıqlayıb. Rusiya mənbələrinin yaydığı məlumata görə, Ukrayna ordusunun Rusiya ərazisinə uzaqmənzilli PUA-larla hücum etmək üçün istifadə etdiyi mövqe – Kutı Vtorye kəndində yerləşən baza – “Geran” kamikadze dronları ilə hədəfə alınıb və sıradan çıxarılıb.
İlkin məlumatlara görə, məhv edilən obyekt bir neçə gündür Rusiyanın sərhədyanı vilayətlərinə hücumlar üçün istifadə olunurdu. Rusiya tərəfi iddia edir ki, bu bazanın zərərsizləşdirilməsi nəticəsində ötən gecə Ukrayna tərəfindən demək olar ki, heç bir hava hücumu qeydə alınmayıb.
Hücum anına dair görüntülər də yayımlanıb və həmin videoda hədəf nöqtəsinin dəqiq koordinatlarla vurulduğu əks olunur.
Musavat.com
15 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ