Onlayn ictimai-siyasi qəzet
Hindistanın şimalında Himalay dağlarında helikopter qəzaya uğrayıb.
Musavat.com xəbər verir ki, məlumatı ANI agentliyi yayıb.
Məlumata görə, təyyarədə pilot da daxil olmaqla 7 nəfər olub.
NDTV xəbər verir ki, təyyarədə olanların hamısı həlak olub. Ölənlərin sayı ilə bağlı hələlik rəsmi məlumat yoxdur.
Helikopter Uttarakhandın dağlıq bölgəsindəki Kedarnath kəndindən qayıdırmış. Qəzanın əlverişsiz hava şəraiti səbəbindən baş verə biləcəyi ehtimal olunur.
Musavat.com
16 Iyun 2025
15 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ