İnsanlara hürriyət, millətlərə istiqlal!

Sarkozinin Fəxri Legion ordeni əlindən alındı

Fransanın keçmiş prezidenti, 2007-2012-ci illərdə ölkəyə rəhbərlik etmiş Nikola Sarkozi ölkənin ən yüksək dövlət mükafatı olan Fəxri Legion ordenindən məhrum edilib.

Musavat.com xəbər verir ki, məlumatı AFP agentliyi rəsmi Journal Officiel-ə istinadən məlumat yayıb.

Agentliyin qeyd etdiyinə görə, qərar sabiq prezidentin nüfuz alveri və istintaqa təzyiq göstərdiyinə görə bir il müddətinə azadlıqdan məhrum edilməsi ilə əlaqədar verilib. 2024-cü ilin sonunda Fransa məhkəmə sisteminin ən yüksək məhkəməsi olan Kassasiya Məhkəməsi apellyasiya məhkəməsinin 2023-cü ildə çıxardığı hökmü qüvvədə saxlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR