Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Vaşinqtonda Amerika ordusunun 250 illiyinə həsr olunmuş genişmiqyaslı hərbi paradı qəbul edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir paradda ABŞ tarixinin müxtəlif dövrlərinə aid geyim formalarında, eləcə də 130-a yaxın hərbi texnika ilə yürüş edən 6000-dən çox hərbçi iştirak edib.
Parad 21 artilleriya qurğusunun yaylım atəşi ilə başa çatıb.
Prezident parad iştirakçıları qarşısında çıxış edərək deyib: “Ordu bizi azad edir, siz bizi güclü edirsiniz və bu gecə bütün amerikalıları qürurlandırdınız”.
Yubiley şərəfinə Milli Mall-da zirehli texnika, helikopter və digər hərbi texnikanın sərgisi təşkil olunub. Texnikanın yanında hərb tarixinə həsr olunmuş geyimlərin satışı həyata keçirilib.
Paradda Ukraynada istifadə olunan sistemlər də nümayiş etdirilib: Bradley piyada döyüş maşınları, Abrams tankları, Stryker zirehli maşınları, 155 mm-lik haubitsalar, HIMARS artilleriya raket sistemi.
Paradın başlamasına bir neçə saat qalmış Tramp administrasiyasının qeyri-qanuni mühacirlərə qarşı hərəkətlərinə etirazları yatırmaq üçün ordu və Milli Qvardiyanın istifadəsinə qarşı nümayişlər keçirilib.
Musavat.com
16 Iyun 2025
15 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ