Onlayn ictimai-siyasi qəzet
İran hakimiyyəti ölkədə mümkün daxili narazılıqlardan ciddi narahatdırlar.
Mavat.com The New York Times-a istinadən xəbər verir ki, Təbriz və digər əsas şəhərlərdə İsrail tərəfindən həyata keçiriləcək genişmiqyaslı zərbələr, xüsusilə kritik infrastruktur obyektlərinə dəyərsə, bu, ölkə daxilində hökumətə qarşı kütləvi etirazların və sosial narazılıqların başlanmasına səbəb ola bilər. İran rəsmiləri bu cür hadisələrin hakimiyyətin mövqeyini zəiflədəcəyindən və ictimai sabitliyi təhdid edəcəyindən ehtiyat edirlər.
Eyni zamanda, ölkə daxilindəki bu gərginlik, beynəlxalq səviyyədəki müharibə və sanksiyaların yaratdığı iqtisadi çətinliklər fonunda daha da dərinləşə bilər.
İran rəhbərliyi daxili təhlükəsizliyi təmin etmək üçün önləyici tədbirlər görür və vəziyyəti nəzarətdə saxlamağa çalışır.
Musavat.com
15 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ