İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın raket zərbələri İsrailin Təmra şəhərində dağıntılara və insan itkilərinə səbəb oldu

İranın İsrailə qarşı həyata keçirdiyi ballistik raket hücumu nəticəsində İsrailin Haifa bölgəsi yaxınlığında yerləşən Təmra şəhəri zərbə altına düşüb. Rəsmi məlumata görə, hadisə zamanı bir mülki vətəndaş həlak olub, 13-14 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Musavat.com xəbər verir ki, İsrailin nüfuzlu “Times of Israel” nəşrinin məlumatına əsasən, raketlərdən biri şəhərdəki iki mərtəbəli yaşayış binasına düşüb. Partlayış nəticəsində güclü yanğın baş verib, ətrafda yerləşən tikililərə də ciddi ziyan dəyib. Fövqəladə Hallar Xidməti hadisə yerinə dərhal cəlb edilib və dağıntılar altından xilasetmə işlərinə başlanılıb.

Şəhər sakinləri arasında panika yaşanıb, sosial mediada yayılan görüntülər və yerli xəbərlər Təmrada xaos və kütləvi etirazların baş verdiyini göstərir. Bəzi məlumatlara görə, yardım işləri aparılan zaman yerli sakinlərlə təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar da yaşanıb. Bu isə dağıntıların aradan qaldırılması prosesinə ciddi şəkildə maneə yaradıb.

İsrail mənbələri hücum nəticəsində 1 nəfərin öldüyünü və 13 nəfərin xəsarət aldığını təsdiqləyib. Xəsarət alan şəxslərin bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

İran mənbəlıri isə Təmrada 5 israillinin öldüyünü iddia edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR