İnsanlara hürriyət, millətlərə istiqlal!

"Zəngəzurda salınan alternativ yoldan hər avtomobil keçə bilməyəcək" – erməni qubernator

Zəngəzurda Gorus-Qafan avtomobil yoluna alternativ olan yol tezliklə asfaltlanmağa başlayacaq.

Konkret.az xəbər verir ki, bu barədə bölgənin qubernatoru Robert Qukasyan mətbuat konfransında bildirib.

“Ölkənin mərkəzi rayonlarını cənub və İranla sərhədi birləşdirən Gorus-Qafan magistral yolunun 21 kilometri 44 günlük müharibədən bir neçə ay sonra Azərbaycanın nəzarətinə keçib. Azərbaycan yolda gömrük-keçid məntəqələri quraşdırıb, nəticədə onun istismarı məqsədəuyğun hesab edilmir. Eyni zamanda Zəngəzurda bir neçə kəndin əlaqəsi kəsilib. Bunlar, xüsusən, Şurnuxu, Şahverdilər, Baharxoy və bir sıra başqa yaşayış məntəqələridir”, deyə o vurğulayıb.

Qubernator qeyd edib ki, hazırda torpaq işləri başa çatıb və yaxın vaxtlarda asfalt örtüyü döşənəcək:

“Bu yolların relyefi çətindir, ona görə də indi hər növ nəqliyyat keçə bilməyəcək. Bu səbəbdən də kənd sakinləri üçün ictimai nəqliyyat ayrılıb. Yol tikintisi ilə paralel olaraq yaşayış məntəqələrini dayanıqlı suvarma sistemi ilə təmin edəcək kəmər də dəyişdirilir”.

Qubernator onu da bildirib ki, bölgə rəhbərliyi Nerkin Xanda yolun asfaltlanmasına da qərar verib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR