İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəngəzurda QƏZA - Erməni hərbçilər öldü

Qərbi Zəngəzurda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 2 hərbçi ölüb.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.

Hadisə 21 avqustda baş verib.

29 yaşlı Faxrad Akopyan avtomobili Qafan şəhərində beton səddə, daha sonra ağaca çırpıb.

Akopyan və 37 yaşlı sərnişin Suren Pirumyan tibb mərkəzinə çatdırılıb. Digər sərnişin - 28 yaşlı Razmik Akopyan yerindəcə ölüb. Daha sonra Pirumyan da keçinib. Hər 3 şəxs orduda xidmət edirmiş.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR