Onlayn ictimai-siyasi qəzet
Müğənni Gülay Zeynallı şairə və qiraətçi Nazilə Səfərlini pul “yağışına” tutub.
Dəmiryolu platformasında qol-qola gəzən Gülay və Nazilə məclislərin birində başlarına gələn əhvalatı danışıblar.
Zeynallı hadisəni belə nəql edib:
“Dəmiryolu stansiyasında Nazilə xanımdan bir şeir istədim. Sırağa gün bir məclisdə idik. Həmin məclisdə dayanmadan 3 saat oxudum. Məclisin qızğın anında hiss elədim ki, səsim artıq “oturur”, işləmir. Nazilə xanıma dərhal qulağına dedim ki, bir şeir səsləndir. Baxıb mənə dedi ki, zalımın qızı şeir vaxtıdır (gülür)”.
Daha sonra Gülay Nazilədən şeir deməsini istəyib. Səfərli isə onu qırmadan bir bənd şeir söyləyib.
Bundan sonra müğənnidən şairə “Sənin üçün şeir dedim indi də pulumu ver” söyləyərək ödəniş istəyib. Gülay “Halal olsun” deyərək, Naziləyə 5 ədəd 200 manatlıq əskinas verib.
Şairə 1000 manatı əlinə alıb saydıqdan sonra “Allah bərəkət versin. Dəmir yolunda bu pulu qazanıram. Gör restoran olsa nə qazanaram” sözlərini dilə gətirib.
Həmin anları sosial şəbəkə hesabında yayımlayan N. Səfərli “Gülay bir şeir dinlədi 1000 manat verdi. Belə bacıdan kim inciyər? Gülay mərd qızdır” şərhini yazıb.//Olay.az
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ