İnsanlara hürriyət, millətlərə istiqlal!

"Livanlı balasıyam" - Ermənilər məşhur mahnımızı oğurladı - VİDEO

Ermənilər indi də Xalq artisti Eyyub Yaqubovun mahnısını oğurlayıblar.

Musavat.com xəbər verir ki, Livanda yaşayan ermənilər şənliklərin birində müğənninin "Bakılı balasıyam" mahnısını oxuyublar.

Maraqlısı budur ki, onlar mahnının adını dəyişərək, Azərbaycan dilində "Livanlı balasıyam" oxuyublar.

Qeyd edək ki, erməni musiqiçiləri tez- tez azərbaycanlı müğənnilərin mahnılarını oğurlayırlar.

Hətta dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyasının musiqisinin bir hissəsi guya erməni bəstəkarı Arno Babacanyanın müəllifi olduğu “Vaqarşabat rəqsi” adı altında “Youtube” platformasında yerləşdirilib. Sözügedən mənimsəmə halı Azərbaycan cəmiyyəti tərəfindən kütləvi etiraza səbəb olub.

Şahanə Rəhimli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR