İnsanlara hürriyət, millətlərə istiqlal!

"Pul haqqında danışmaq məni narahat edir"

Dünyaca məşhur müğənni Selena Qomez açıqlaması ilə təəccbə səbəb olub.

Festivalda rol aldığı "Emilia Pérez"in qalasına qatılan ifaçı "Pul haqqında danışmaq məni narahat edir" sözlərini söyləyib.

Bu barədə "Entertainment Tonight"a açıqlama verən ifaçı daha sonra fikirlərinə belə davam edib:

"Milyarder olduğum üçün təşəkkür edirəm. Lakin pul haqqında danışmaq məni narahat edir. Mənim bu xəyalımı reallaşdıran insanlar oldu. Bu səbəbdən də özümü çox xoşbəxt hiss edirəm".

Xatırladaq ki, Selena Qomez 32 yaşında qurduğu gözəllik brendi sayəsində milyarderlər klubunun yeni üzvü olub. Onun sərvətinin 80 faizindən çoxunun gözəllik brendinin paylarından gəldiyi bildirilir.

"Bloomberg Billionaires Index"ə görə sərvəti 1,3 milyard dollara çatan 32 yaşlı Qomez ilk dəfə milyarderlər indeksinə daxil edilib./BAKU.WS

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR