İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur müğənni və bəstəkar 34 yaşında vəfat etdi - FOTO

Məşhur müğənni və bəstəkar Cek Kolvel 34 yaşında Avstraliyada vəfat edib. 

Kolvel yaxın gələcəkdə ikinci musiqi albomunu buraxmağı planlaşdırırdı. "Swandream" adlı ilk studiya albomu 2020-ci ildə işıq üzü görüb.

İlk albomunun buraxılışından beş il əvvəl Kolvel debüt sinqlı "Don't Cry That Tears"ı sevənlərinə təqdim edib. O zaman bu, ilin ən yaxşı Avstraliya sinqllarından biri kimi tanınırdı. Həmin mahnının ərsəyə gəlməsi üçün sənətçiyə məşhur müğənni Sara Blasko prodüserlik edib.

Sentyabrın 24-də elan edilən ikinci albomun ölümündən sonra çıxıb-çıxmayacağı məlum deyil.

Kolvellin ölüm səbəbi hələ açıqlanmayıb.

Xatırladaq ki, oktyabrın 26-da musiqiçi 35 yaşını qeyd etməli idi.//Publika.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR