Onlayn ictimai-siyasi qəzet
Birləşmiş Ərəb Əmirliklərinin flaqman aviaşirkəti Emirates öz təyyarələrində peycerlərin və rabitə aparatlarının daşınmasını qadağan edib.
Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, qadağa həm baqaj, həm də əl yükünə aiddir.
Şirkət bəyan edib ki, "Dubaya və ya Dubaydan uçan bütün sərnişinlərə qeydiyyatdan keçmiş və ya əl baqajında peycer və rabitə aparatları daşımaq qadağandır. Əl baqajında və ya əl yükündə tapılan bu cür əşyalar Dubay Polisi tərəfindən müsadirə olunacaq".
Sentyabrın 17-si və 18-də Livanın müxtəlif yerlərində rabitə cihazlarında, əsasən peycer və simsiz rabitə aparatlarında çoxsaylı partlayışlar baş verib. Livan hakimiyyətinin məlumatına görə, insident nəticəsində 37 nəfər ölüb, 3 mindən çox insan yaralanıb.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ