İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəlzələnin olacağı bilinir, lakin anı müəyyən etmək olmur

Türkiyənin Kahramanmaraş və ətraf bölgələrdə baş varən zəlzələ böyük dağıntı və insan ölümünə yol açıb.

Maraqlıdır ki, məhz həmin yerdə təbii fəlakətin ola biləcəyi illərlə yazılıb, lakin dəqiq vaxtı müəyyən etmək mümkün olmadığı üçün faciədən qaçmaq imkansız hala gəlir.

Məsələn Türkiyənin “Vətən” qəzetinin 15.11.2012 saytında məhz Maraşda zələzələ baş verə biləcəyi ilə bağlı maraqlı material gedib. Qeyd edək ki, bugünkü zəlzələnin episentri məhz ekspertlərin söylədiyi yerdə, Pazarcık rayonuna düşür.

Məqalənin adı da belədir: “Maraş'ı böyük təhlükə gözləyir! Zəlzələ mütəxəssisləri xəbərdarlıq edir”.

Həmin yazının əhəmiyyətli hissəsini təqdim edirik:

“Kahramanmaraşda dünən baş verən 4,7 bal gücündə zəlzələ xalqı qorxuya salıb.Zəlzələ mütəxəssisləri bölgədə 7 baldan böyük zəlzələ ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Ötən gün (14.11.2012-red.) Kahramanmaraşın Pazarcık rayonunda 4,7 bal gücündə zəlzələ baş verib. Bu zəlzələdən sonra Pazarcıkda 4,4 bal gücündə ikinci zəlzələ baş verib. Can və mal itkisinə səbəb olmayan zəlzələlər ətraf rayonlarda da hiss olunub. Gün ərzində ərazidə daha 11 yeraltı təkan qeydə alınıb.

Oğuz Gündoğdu: “Tektonik tava hərəkətə keçə bilər”

İstanbul Universiteti Geofizika Mühəndisliyi kafedrasının dosenti. Dr. Oğuz Gündoğdu deyib: “Kahramanmaraş və ətrafında baş verən 4,7 bal gücündə zəlzələ ciddi qəbul edilməlidir. Bu, əvvəllər fəaliyyətə başlayan bir bölgədir. Burası aktvi bir bölgədir. Bu zəlzələ Şərqi Anadolu tektonik tavasının kənarında yerləşir. Son dövrdə orada yalnız 1971-ci ildə zəlzələ olub. Həmin ərazidə ciddi sıxışma yaranıb. Şərqi Anadolu bölgəsinin enerjisi də özünü göstərməyə başladı. Bu oradakı tektonik tavanın tezliklə aktivləşə biləcəyini göstərir. Bu bölgədə maqnitudası 7-dən çox olan zəlzələ baş verə bilər. Simptomlar da vaxtın qısaldığını göstərir. Dövlət rəsmiləri Şərqi Anadolu tektonik tavasını və xüsusilə Kahramanmaraş bölgəsini ciddi şəkildə araşdırmalıdırlar”.

İTU Mədən Fakültəsi Geologiya kafedrasının müəllimi Prof. Dr. Naci Görür də Kahramanmaraşdakı zəlzələnin ciddiyə alınmalı olduğunu düşünür.

“Maraşda zəlzələ silsiləsi bir gün əvvəl başladı. 3.3, 3.7 kimi zəlzələlər olub, sonra 4.7-yə yüksəlir. Maraş Türkoğlu bölgəsinin şərqində yerləşir. Türkoğlu bölgəsi də Şərqi Anadolu Fayının ən təhlükəli olduğu və böyük zəlzələnin gözlənildiyi bir xətdir. Lakin bu tava uzun müddətdir ki, susqun qalıb. Bu, geoalimlər üçün həyəcan verici bir sükutdur. Dünən 4,7 bal gücündə "kiçik zəlzələ" qeydə alınsa da, bu, narahatlıq doğurub. Çünki belə zəlzələlər silsiləsi bölgədə gərginliyin və enerji yığılmasının davam etdiyini göstərir. Bu bölgədə zəlzələ riski yüksəkdir və böyük zəlzələ gözlənilir. Rəsmilər hər cür fəlakət və risklərin idarə edilməsi ilə şəhərin tikinti siyasətinin zəif tərəflərini dərhal aradan qaldırmalıdır”, - deyə o, söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR