İnsanlara hürriyət, millətlərə istiqlal!

“Gey olduğum üçün çox xoşbəxtəm” - Məşhur müğənni

“Mən hələ də gey olduğum üçün xoşbəxtəm”.

Bunu məşhur müğənni Elton Con “Legacy Avard” mükafatını qəbul edərkən bildirib.

Londondakı “Roundhouse” kompleksində şou-biznes ulduzları ilə dolu zalda çıxış edən müğənni mükafatın bir gey kimi onun üçün çox şey ifadə etdiyini vurğulayıb.

“Hələ də gey olduğum üçün xoşbəxtəm, ərimi sevirəm, uşaqlarımı sevirəm. Bu mükafat məni çox şərəfləndirdi, bir gey kimi mənim üçün çox şey deməkdir”, - Elton Con deyib.

“İşimə aşiqəm, musiqini sevirəm. Musiqi məni bədbəxt olanda xilas etdi”.

Elton Con “Legacy Avard” mükafatını alan ikinci şəxsdir. Bu mükafatı ilk dəfə 2017-ci ildə anası, Uels şahzadəsi Diananın ölümünün 20-ci ildönümü münasibətilə Şahzadə Harriyə təqdim ediblər.

69 müğənni Elton Con 2022-ci ildə 54 yaçlı həmcinsi Devid Ferniş rəsmi şəkildə ailə qurub. Onlar evlənənə qədər 21 il vətəndaş nikahında yaşayıblar. Cütlüyün surroqat anadan doğulan iki oğlu var./Modern.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR