Onlayn ictimai-siyasi qəzet
Paytaxt restoranlarından birində pul qabı oğurlanıb.
Hadisə Bakının "Tarqovı" kimi tanınan məşhur Nizami küçəsində yaşanıb. "McDonalds"da yemək yeyən şəxs daha sonra məkanı tərk edəndə naməlum şəxs onun pul qabısını oğurlayıb.
Bu barədə zərərçəkmiş şəxs BAKU.WS-in "Qaynar xətti"nə məlumat və görüntülər göndərib.
Qeyd edilib ki, pul qabında şəxsiyyət vəsiqəsi, müəyyən miqdrada pul və bank kartları olub. Yaşanan hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan görüntülənib.
Zərərçəkmiş bu barədə polisə müraciət etdiyini də bildirib.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ