İnsanlara hürriyət, millətlərə istiqlal!

Revanşist Saqatelyan: Biz kapitulyasiyanı ratifikasiya edən parlamentin tərkibində olmayacağıq

 Ermənistan parlamentində daşnak siyasətçi İşxan Saqatelyan bildirib ki, Azərbaycan və Ermənistan sərhədinin demarkasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında əsasnamə əslində "sülh sazişi" adı altında bir kapitulyasiya sənədidir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Saqatelyan bu sənədin Ermənistan Konstitusiyasına zidd olduğunu vurğulayıb və Paşinyanı Azərbaycanın bütün tələblərini tam şəkildə yerinə yetirməkdə ittiham edib. O, Paşinyanın davranışını, hətta müəllimin xoşuna gəlmək üçün lazımi işlərdən əlavə tapşırıqları yerinə yetirən şagirdə bənzədib.

Saqatelyan, sülh sazişinin ratifikasiyası gündəmə gələcəyi təqdirdə, müxalifətin mandatlarından imtina edəcəyini istisna etməyib və belə bir parlamentdə yer almayacaqlarını qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR