İnsanlara hürriyət, millətlərə istiqlal!

BU AN: İsrail ordusu BMT əsgərlərini ATƏŞƏ tutdu, ara QARIŞDI – CANLI

İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı BMT sülhməramlılarının mövqelərinə atəş açıb. “Reuters“ məlumat yayıb.

Məlumata görə, İsrail əsgərləri Livanın cənubunda üç istiqamətdə BMT sülhməramlılarının mövqeyini atəşə tutub, iki hərbçi yaralanıb.

ABŞ Prezidenti Co Bayden bu gün İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığı aparıb. Telefon danışığına ABŞ-nin vitse-prezidenti, Demokratlar Partiyasının namizədi Kamala Harris də qoşulub. Bayden ABŞ-nin İsrailin təhlükəsizliyinə “dəmir” sadiqliyini bir daha təsdiqləyib və İranın oktyabrın 1-də İsrailə ballistik raketlər atmasını pisləyib.

Londona səfər edən Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniyanın Baş naziri Keir Strarmerlə görüşdə ölkəsinin Rusiya ilə müharibədə qələbəsini nəzərdə tutan planı təqdim edib.

Tərəflər müttəfiqlərlə birlikdə onun üzərində iş aparılması barədə razılıq əldə edib. Ukrayna lideri deyib ki, sözügedən sənəd müharibənin ədalətli şəkildə başa çatdırılmasını ehtiva edir:

“Müəllifi olduğumuz planın əsas müddəası müharibənin ədalətli olaraq yekunlaşması ilə bağlı tədbirləri müəyyənləşdirir. Plana əsasən Ukrayna ordusunun Kursk istiqamətindəki hərbi əməliyyatları davam etdirməsi də nəzərdə tutulur. Mən fürsətdən istifadə edib ölkəmizi uzaqmənzilli silahlarla təchiz etdiyi üçün Böyük Britaniyaya təşəkkür edirəm”.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli ilə gündəmi dəyərləndirir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR