İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəlzələdən sonra təxribat xarakterli postlarla bağlı 4 HƏBS

Təxribat xarakterli paylaşımlar edən 90 hesabın sahibi aşkarlanıb, 4 nəfər saxlanıb.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Təhlükəsizlik Baş İdarəsi məlumat yayıb.

Təhlükəsizlik Baş İdarəsi zəlzələdən sonra sosial media platformalarında nəzarəti daha da gücləndirib, təxribat xarakterli paylaşımlar edən şəxslərlə bağlı xüsusi tədbirlər həyata keçirilir.

“06.02.2023-cü il tarixində 7,7 bal gücündə Kahramanmaraş/Pazarcık mahalında və ətraf bölgədə zəlzələ baş verib. Görülən virtual patrul fəaliyyətləri çərçivəsində sosial media platformaları üzərindən köməyə çağıran vətəndaşlarımızın ünvan və yer məlumatları dərhal müəyyən edilib və müvafiq bölmələrlə koordinasiya qurulur. Bundan başqa, Kahramanmaraş/Pazarcıkda baş verən zəlzələ ilə bağlı sosial media platformalarında vətəndaşlarımızda qorxu və panika yaratmaq üçün təxribat xarakterli hərəkətlər aşkar edilib. Bu səbədən 4 nəfər Baş Prokurorluğa daxil olmuş göstəriş əsasında saxlanıb. Məsələ ilə bağlı araşdrmalar davam edir”, – deyə, qurum açıqlama yayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR