İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəlzələ bölgəsinin bu yanacaq xərcləri "SOCAR Türkiyə" tərəfindən qarşılanıb

"SOCAR könüllüləri zəlzələ bölgəsində zərərçəkənlərə əlindən gələn köməyi edib".

Musavat.com xəbər verir ki, bunu İzmirdə keçirilən mətbuat konfransında "SOCAR Türkiyə" şirkətinin baş icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Elçin İbadov bildirib.

O qeyd edib ki, şirkətin xüsusi təyinatlı işçiləri ilk gündən zəlzələ bölgəsinə yollanıb:

"Zəlzələ bölgəsində yanacaqla bağlı infrastruktur tamamilə çökmüşdü. Bölgədə fəaliyyət göstərən bütün iş maşınlarına, təcili yardım maşınlarına, yanğınsöndürən  və axtarış xilasetmə təyinatı üzrə fəaliyyət göstərən bütün texnika üçün pulsuz yanacaq vermişik. 

Yanacaq xərci ilə bağlı bütün ehtiyac "SOCAR Türkiyə" tərəfindən qarşılandı. Zəlzələ bölgəsinə 100 milyon lirə maddi yardım həyata keçirildi. Bundan başqa, bir neçə ailə Əliağa bölgəsində yerləşdirilib. Onlara lazımi dəstək göstərilib".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR