İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada evsizlərə yardım edən qadınlar hicaba görə işdən çıxarılır

Fəallar Fransa hakimiyyəti tərəfindən yaradılmış, Mert və Mozel departamentində evsizlərə, qaçqınlara yardım göstərən “Yerləşdirmə və Sosial İnteqrasiya” assosiasiyasını islamofobiyada ittiham ediblər.

Bu barədə mənbəyə istinadən Le Journal du Dimanche qəzeti yazıb.

Onların narazılığına səbəb qurumun hicab taxmağa davam edən iki əməkdaşını işdən çıxarmaq niyyətində olması ilə bağlıdır.

Qeyd olunub ki, assosiasiya əvvəllər daxili qaydalarını yeniləyib, iş yerlərində dini simvolların, o cümlədən hicabın açıq şəkildə geyinilməsini qadağan edib.

Buna baxmayaraq, iki əməkdaş hicab taxmağa davam edib, nəticədə onlar sentyabrın əvvəlində işdən çıxarılacaqları barədə məlumatlandırılıb. Sentyabrın 26-da Həmkarlar İttifaqı Birliyi 80 işçisini toplantıya çağırıb.

İclasda islamofobiya və şəxsi azadlıqların pozulmasının təşkilinə qarşı ittihamlar səsləndirilib. Vurğulanıb ki, dövlət strukturu dünyəvilik prinsipindən çıxış etməlidir. Nəşr qeyd edib ki, vəziyyət Fransa mediasında dərc edildikdən sonra qalmaqala səbəb olub. Qəzet iddia edir ki, departamentin prefekturası vəziyyəti diqqətlə izləyir, lakin hələlik baş verənlərə münasibət bildirməyib.

Fransanın yeni daxili işlər naziri Byruno Retayo assosiasiyanın tərəfini tutub. O, yalnız “qanunu tətbiq” edən birliyi dəstəkləyib, “separatizmlə daim mübarizə” aparacağına söz verib.\\axar.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR