Onlayn ictimai-siyasi qəzet
İmişli rayonunda şəhidlərin Anım günündə toy şənliyi keçirilib.
Bu barədə Musavat.com-a rayon sakinləri məlumat veriblər. Bildirilib ki, şənlik rayondakı Nərgizim şadlıq sarayında baş tutub.
Narazı imişlilər rayonun icra hakimiyyətinə müraciət ediblər. İcra başçısı bildirib ki, toy etmək sakinlərin şəxsi işidir və icra hakimiyyəti səviyyəsində heç bir tədbir görülə bilməz.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.
Bu gün hər kəs İkinci Fəxri Xiyabana axışır və şəhidlərin məzarını yad edir.
Şahanə Rəhimli
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ