İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskinin ofisi: Paşinyan doğru yoldadır

Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Ermənistanla münasibətlərə toxunub.

Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə o, “AnalitikaUA” saytına müsahibəsində danışıb.

Söhbət zamanı Andrey Yermakın müşaviri Ermənistanın hazırkı iqtidarından məmnunluqla bəhs edib. Onun sözlərinə görə, Paşinyan hökuməti hazırda “doğru yoldadır”.

“Mənim Ermənistanın mövqeyində aydın şəkildə gördüyüm strategiya NATO ölkələri ilə - Böyük Britaniya, ABŞ, Fransa ilə sıx dialoqun aparılmasından ibarətdir. Dialoq tarixən həmişə yaxşı metod sayılıb”, - deyə Podolyak bildirib.

O, Ermənistanın bütün çətinliklərin öhdəsindən gələcəyini də vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR