İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskinin imicini dəyişən sirr açıldı – həyat yoldaşı israr edib

Ukrayna Prezidenti Volodimir Zelenskinin rəsmi tədbirlərdəki geyim tərzinin dəyişməsi ictimaiyyətin diqqətini çəkib.

Musavat.com xəbər verir ki, bu dəyişikliklərin arxasında prezidentin həyat yoldaşı Yelena Zelenskayanın dayandığı üzə çıxıb.

Bu barədə məlumatı tanınmış dizayner Viktor Anisimov “Telegraf” nəşrinə verdiyi müsahibədə açıqlayıb. Onun sözlərinə görə, məhz birinci xanımın təşəbbüsü ilə prezidentin geyim üslubu yenilənib. Anisimov bildirib ki, Yelena Zelenskaya rəsmi çıxışlar və görüşlər üçün daha klassik, zövqlü və dövlət başçısına uyğun obraz formalaşdırmağa xüsusi önəm verib.

Xatırladaq ki, Zelenski müharibə dövründə hərbi tərzdə – zeytun rəngli köynəklərdə və sadə üslubda çıxışları ilə tanınırdı. Son zamanlar isə onun daha rəsmi və dəbli görünməsi sosial mediada müzakirələrə səbəb olub.

 Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyul 2025

28 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR