İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən Xerson ilə bağlı YENİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Ukrayna ordusu Xerson vilayətinin yaşayış məntəqələrinə nəzarəti bərpa edib.

Musavat.com xəbər verir ki, bu məsələ ilə bağlı Ukrayna lideri Volodimir Zelenski televiziya ilə müraciətində bildirib.

“Bu axşama olan məlumata görə müdafiə qüvvələrimiz Xerson vilayətinin 60-dan çox yaşayış məntəqəsinə nəzarəti bərpa edib. Hazırda Xerson şəhərində sabitləşdirmə tədbirləri görülür” – deyə prezident vurğulayıb.

Daha sonra Volodimir Zelenski Xersonun azad edilmiş ərazilərində çox sayda partlayıcı qurğuların olduğunu qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR