Onlayn ictimai-siyasi qəzet
“Emirates” aviaşirkətində çalışan rusiyalı stüardessa ekipaj üzvləri üçün ən yaxşı hesab edilən ölkənin sərnişinlərindən danışıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, müvafiq videonu İnstaqram səhifəsində səhifəsində yerləşdirib.
Stüardessa qeyd edib ki, ekipaj Avstraliyaya uçmağı çox sevir. Uçuş 14 saat davam etsə də, bu müddət ərzində stüardessa otağında rahat yatmaq olur. Bundan əlavə, o, bildirib ki, avstraliyalılar ideal sərnişinlərdir. "Mehriban və nəzakətlidirlər, heç vaxt lazımsız problemlər yaratmırlar",- deyə videonun müəllifi qeyd edib.
Əvvəllər həmin stüardessa təyyarənin pilotlarına qadağan edilən hərəkətləri sadalamış, bildirmişdi ki, pilotların eyni yeməyi yeməsinə icazə verilmir. Bu, ona görədir ki, onlardan biri zəhərləndiyi halda ikincisi uçuşa nəzarəti ələ ala bilsin.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ