Onlayn ictimai-siyasi qəzet
Polşanın Lublin şəhərində yeni yaradılan Ukrayna legionu üçün rekrutinq mərkəzi fəaliyyətə başlayıb. Legionun yaradılması Ukrayna və Polşa arasında ikitərəfli təhlükəsizlik sazişi ilə təmin edilib.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, əsas məqsəd legiona müxtəlif millətlərdən olan könüllüləri cəlb edərək, onları Rusiyaya qarşı döyüşmək üçün hazırlamaqdır.
Polşanın xarici işlər naziri Radoslav Sikorski qeydiyyat başlamazdan əvvəl minlərlə insanın bu legion üçün qeydiyyatdan keçdiyini bildirib.
Lakin müdafiə naziri Vladislav Kosinyak-Kamışın son açıqlamasına görə, legion üçün maraq gözlənildiyindən daha az olub.
O, könüllülərin sayının kifayət qədər olmaması səbəbilə legionun yaradılmasının qeyri-müəyyən olduğu bildirib.
Müdafiə naziri xatırladıb ki, Polşa artıq Ukraynada cəbhəyə göndərilmiş 20 minə yaxın ukraynalı əsgərə təlim keçib.
“Biz buna Polşa ilə Ukrayna arasında imzalanmış saziş çərçivəsində hazırlaşdıq” deyə o bildirib.
Legionun əsas məqsədi, Ukraynanın Rusiyaya qarşı davam edən mübarizəsində güclü dəstək olmaqdır. Bu layihə bir daha göstərir ki, qlobal miqyasda könüllülər müxtəlif ölkələrdən toplanaraq Ukrayna tərəfini gücləndirməyə çalışır. Buna baxmayaraq, reallıqda könüllü cəlb etmək çətinlikləri legionun effektivliyini sual altına qoyur.
Gələcəkdə legionun formalaşıb-formalaşmayacağı toplana biləcək döyüşçü sayından asılı olacaq.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ