İnsanlara hürriyət, millətlərə istiqlal!

İranla bağlı ŞOK İDDİA - 6 ay ərzində 10 nüvə başlığı...

İranın arsenalında 2025-ci ilin aprelinə qədər rəqiblərinə qarşı potensial istifadəyə hazır olan 10 nüvə başlığı ola bilər.

Musavat.com xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) sabiq baş direktor müavini Olli Heynonen “The Times”ə müsahibəsində bildirib.

"Bu raketlərlə heç bir ölkəni məhv etmək mümkün deyil, ancaq təhdid edib danışıqlarda daha yaxşı mövqey əldə etmək mümkündür", - o nəşrə bildirib.

Heynonen İranın oktyabrın 1-nə keçən gecə İsrailə atdığı raketlərin gələcəkdə nüvə başlıqlarının çatdırılması üçün istifadə oluna biləcəyini də iddia edib.

Qəzet yazır ki, ekspert əvvəllər AEBA-nın monitorinq missiyaları çərçivəsində bir neçə dəfə İranın nüvə obyektlərinə baş çəkib və Tehranın nüvə sektorunda yüksək vəzifəli rəsmiləri ilə əlaqə saxlayıb.

Bundan əvvəl İran prezidenti Məsud Pezeşkian bildirib ki, ölkəsi nüvə silahı yaratmağa can atmır, əksinə, Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) üzrə öhdəliklərin yerinə yetirilməsinə tam şəkildə qayıtmağa hazırdır.

Qeyd edək ki, BHFP 2015-ci ildə İran Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ və Fransadan ibarət beynəlxalq vasitəçilər qrupu tərəfindən imzalanıb. Sabiq prezident Donald Tramp 2018-ci ildə ABŞ-ı müqavilədən çıxarmaq qərarına gəlib.

ABŞ prezidenti Co Bayden dəfələrlə Vaşinqtonu nüvə sazişinə qaytarmağa hazır olduğunu bildirib. Rusiya, Böyük Britaniya, Almaniya, Çin, ABŞ və Fransa 2021-ci ilin aprelindən BHFP-ni orijinal formasına qaytarmaq üçün İranla danışıqlar aparır. 10 noyabr 2022-ci ildə AEBA-nın baş direktoru Rafael Qrossi Vyanada danışıqların növbəti mərhələsinin nəticəsiz başa çatdığını bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR