İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan Rosselxoznadzor-dan fakt istədi: Bizə sübut lazımdır

Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi Rosselxoznadzor-dan Rusiyaya ixrac edilən taxıl, pomidor, bibər və günəbaxan toxumlarına fitosanitar sertifikatlarının verilməsini dayandırmaq təklifini faktlarla əsaslandırmasını istəyib.

Musavat.com Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, məlumatı ölkənin jurnalistlərə kənd təsərrüfatı nazirinin müavini Ermek Kenjexanuli açıqlayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Rosselxoznadzor Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinə “Avrasiya İqtisadi Birliyinin üzvü olan ölkələr üçün karantin obyektlərinin aşkarlanmasının sayının artması səbəbindən taxıl, pomidor, bibər və günəbaxan toxumlarına fitosanitar sertifikatların verilməsini dayandırmaq” təklifi ilə müraciət etmişdi.

Qazaxıstan KTN isə onların ixrac sertifikatı verdikləri məhsulların heç birində karantin obyektlərinin olmadığına əmindir: “Biz Rosselxoznadzor-dan cavab məktubunda xahiş etdik ki, aşkar edilmiş pozuntularla bağlı bizə təsdiqedici faktlar təqdim etsin. Bu gün bizim üçün bu pozuntuların həqiqətən baş verdiyinə əmin olmağımız üçün faktlara ehtiyac var Çünki ixrac zamanı tərəfimizdən heç bir müvafiq pozuntu aşkar edilməyib”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR