İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən SON DƏQİQƏ açıqlaması: Putinlə danışıqlar mümkündür, ancaq...

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya lideri Putinlə danışıqların mümkünlüyündən söz açıb.

Musavat.com xəbər verir ki, bu barədə o, fikirlərini “Philadelphia Inquirer”ə müsahibəsində bölüşüb.

Qeyd edək ki, Zelenski əvvəllər dəfələrlə belə danışıqların qeyri-mümkünlüyündə israr edirdi və bu, hətta Ukraynada qanunla təsbit olunub.

Vladimir Zelenskinin sözlərinə görə, Rusiya lideri ilə danışıqların yeganə variantı vasitəçilər tərəfindən aparılmasıdır, çünki bu metoddan Qara dənizdə taxıl dəhlizinin müzakirəsi və yaradılması zamanı istifadə edilib.

“Bu model ilk dəfə taxıl dəhlizinin timsalında, Ukraynanın Rusiya ilə deyil, BMT və Türkiyəylə danışıqlar apardığı zaman istifadə edilib. Onlar da öz növbəsində bizimlə danışıqlar aparmağı, sonra isə Rusiya Federasiyası ilə müvafiq müqavilə imzalamağı öz üzərlərinə götürdülər. Yəni burada arada BMT və Türkiyənin olduğu iki güzgü razılaşmasından söhbət gedir”, - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, əsas məqsəd Ukraynanın və ukraynalı olan hər şeyin tamamilə məhv edilməsinin qarşısını almaq, ukraynalıların indiki və gələcək nəsillərinin təhlükəsizliyini təmin etməkdir.

Zelenski hesab edir ki, ölkəsinin iqtisadi təhlükəsizliyi Ukraynanın Avropa İttifaqına üzv olmasından keçir. Bundan başqa, onun fikrincə, Ukrayna NATO-da olmalıdır, çünki bunsuz onun ölkəsi üçün böyük risklər mövcud olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR