İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən SENSASİON AÇIQLAMALAR: Rusiyanın növbəti hədəfi BU ÖLKƏLƏRDİR

Müharibə Ukraynaya 320 milyard dollara başa gəlib. 

Musavat.com xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, bu məbləğin 120 milyard dollarını ukraynalılar, qalan 200 milyard dolları isə ABŞ və Avropa ödəyib.

Zelenski vurğulayıb ki, Ukrayna ABŞ-dan 67 milyard dollar dəyərində silah və 31 milyard dollar büdcə yardımı alıb. O, bəzi iddialarda səsləndirilən 500 milyard dollarlıq dəstək rəqəmini təkzib edib.

"Mən heç nəyi sadəcə alqış üçün imzalamayacağam. Biz Ukraynanı və suverenliyimizi qorumalıyıq", - deyə o bildirib.

Bundan əlavə, Zelenski Ukraynanın 2022-ci ildəkindən daha güclü olduğunu, artıq silah istehsalının və hazırlıqlı hərbi qüvvələrin olduğunu deyib.

Volodimir Zelenski Rusiyanın Litva və ya Polşaya hücum edə biləcəyini istisna etməyib. O, həmçinin Ukraynada yalnız 1% vətəndaşın Rusiyaya güzəştləri dəstəklədiyini vurğulayıb.

Zelenski ABŞ nümayəndəsi Kit Kelloqa Ukrayna şəhərlərinin küçələrində gəzməyi və xalqın real fikirlərini öyrənməyi təklif edib. O, həmçinin Kelloqla birlikdə cəbhəyə gedəcəyini və onu əsgərlərlə görüşdürəcəyini bildirib.

İqbal,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR