İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən Putinlə bağlı ŞOK AÇIQLAMA – Qalib gəlməyəcək, çünki...

"Rusiya prezidenti Vladimir Putinin ambisiyaları yalnız artacaq və əgər Ukrayna dözə bilməsə, o, digər ölkələrə qarşı da aqressiyanı davam etdirəcək".

Musavat.com UNIAN-a istinadla xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski amerikalı jurnalist Ben Şapiroya verdiyi müsahibədə bildirib.

Zelenski hesab edir ki, Ukrayna və bütün dünya risk altına düşməmək üçün Putini dayandırmalıdır.

"Biz öz sağ qalmağımız uğrunda vuruşuruq, siz isə (Qərb - red.) təkcə bizim üçün yox, həm də öz mümkün riskləriniz üçün mübarizə aparırsınız. Sizə qeyri-adekvat bir insandan gələn bu risklər niyə lazımdır?", - deyə Volodimir Zelenski vurğulayıb.

Onun fikrincə, əgər Putin qalib gəlsə, dünyada uzun illərdir hakimiyyətdə olan bəzi ölkələr və liderlər də "bu cəhdləri təkrarlamaq" qərarına gələcəklər.

"Putinin qələbəsi mümkün deyil, çünki bu, ABŞ-ın dünya lideri kimi iflası deməkdir. Bu siyasət artıq bir çox sahəyə təsir edir – sizin valyutanıza, iqtisadiyyatınıza, ABŞ dollarının gücünə və dünyadakı mövqeyinə, enerji daşıyıcılarının qiymətlərinə", - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, Putin "hər bir diktator və avtokrat kimi alqışlarla və tanınma ilə qidalanır".

Volodimir Zelenski əlavə edib:

"O, təcrid olunmuş vəziyyətdə yaşaya bilmir. Əgər ABŞ və Çin kimi lider ölkələr onu tanıyarsa, o zaman bununla yaşayır və irəliləməyə davam edir".

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR